525.Az

FHN tərəfindən Kahramanmaraşda mobil səhra hospitalı quraşdırılır


 

FHN tərəfindən Kahramanmaraşda mobil səhra hospitalı quraşdırılır<b style="color:red"></b>

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Türkiyənin zəlzələ baş verən Kahramanmaraş bölgəsində mobil səhra hospitalı quraşdırır.

525.az APA-ya istinadən xəbər verir ki, mobil səhra hospitalı Kahramanmaraş idman klubunun stadionda quraşdırılır. Yaxın saatlarda hospitalda zəlzələdən zərər çəkən vətəndaşlara tibbi yardım göstərəcək.

Burada ilk tibbi yardım olunacaq, laboratoriya, Rentgen müayinələri aparılacaq, eləcə də cərrahiyyə əməliyyatları icra olunacaq.

Mobil səhra hospitalında 41 nəfər tibbi heyət fəaliyyət göstərəcək.

 





08.02.2023    çap et  çap et