525.Az

Aİ Türkiyə və Suriya üçün ianə konfransı planlaşdırır


 

Aİ Türkiyə və Suriya üçün ianə konfransı planlaşdırır<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) administrasiyası mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələdən zərər çəkən Türkiyə və Suriya vətəndaşları üçün  kömək məqsədilə martın əvvəlində ianə konfransı təşkil edəcəklərini açıqlayıb.

525.az xəbər verir ki, Aİ Komissiyasından verilən açıqlamada komissiya sədri Ursula von der Leyen və Aİ-nin müddətli prezidenti İsveçin Baş naziri Ulf Kristerssonun Türkiyə səlahiyyətlilərinin koordinasiyası ilə belə bir konfrans təşkil etmək istədikləri bildirilib. Açıqlamada məqsədin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək olduğu və konfransın martın əvvəlində Brüsseldə keçirilməsinin planlaşdırıldığı qeyd edilib.

Ursula von der Leyen: "Türk xalqına və Suriya xalqına bu mesajı veririk. Aİ sizi dəstəkləyəcək. Belə bir faciə qarşısında heç kim tək qalmamalıdır", - deyib.

Məhəmməd Tağıyev

 





08.02.2023    çap et  çap et