525.Az

İsveç Quranın yandırılmasına bu dəfə icazə verməyib


 

İsveç Quranın yandırılmasına bu dəfə icazə verməyib<b style="color:red"></b>

İsveç polisi Türkiyə səfirliyinin qarşısında Quranın yandırılması aksiyasını qadağan edib.

525.az xəbər verir ki, Stokholm polisinin sözçüsü Ola Osterlinq Stokholmda Quranı yandırmaq üçün nəzərdə tutulmuş yeni aksiyanın qadağan edildiyini bildirib. 

Onun sözlərinə görə, şəhər polisi Dövlət Təhlükəsizliyi Xidməti ilə dialoq aparıb və bundan sonra belə qənaətə gəliblər ki, aksiya baş verərsə, ictimai asayişi təmin edə bilməyəcəklər.

Qeyd edək ki, müraciət edən şəxsin aksiyanı fevralın 9-da Türkiyə səfirliyinin qarşısında keçirməyi planlaşdırdığı bildirilib.

Havar Şəfiyeva

 





08.02.2023    çap et  çap et