525.Az

Tanıdığım müəllimin vətəndaşlıq ləyaqəti


 

Tanıdığım müəllimin vətəndaşlıq ləyaqəti <b style="color:red"></b> Əzizim Rafil müəllim! Hər dəfə sənin pedaqoq obrazını yadıma salanda ağlıma ilk gələn klassik Azərbaycan müəllimləri olur: Üzeyir Hacıbəyli, M.Ə.Sabir, N.Vəzirov s. kimi Vətən fədailəri, yaradıcılığın bütün imkanlarını Vətən, millət, tərəqqi yolunda sınağa çəkmiş klassiklərimiz. Bəlkə bu müqayisə kiməsə çox böyük görünə bilər, amma mən sənin şəxsiyyətini müəllim xarakterini çox yaxından tanıyan bir adam kimi vicdanımın bütün məsuliyyətilə bu müqayisəni yerində sanıram. Mənim ilk vaxtlar 48 nömrəli orta məktəbdən riyaziyyat müəllimi kimi tanıdığım Rafil İmanov vicdanı, Vətən sevgisi, haqsızlığa üsyanı, şagirdlərinə sonsuz məhəbbəti, savadsızlığı qamçılayan bir müəllim-ziyalı, çox qiymətli bir vətəndaşdır. Rafil müəllimi lap yaxından tanıyıram ona görə ki, bu BÖYÜK pedaqoq orta məktəb məzunu kimi mənim evimə dörd qızıl medal gətirmiş övladlarımın da müəllimi olub. Say hesabına görə Ginnesin kitabına düşə biləcək o dörd qızıl medalın hamısına görə bizim ailəmiz bu müəllimin tədris bacarığına, pedaqoji ustalığına borcludur. Rafil müəllimi lap yaxından tanıyıram ona görə ki, bu gün xatirəsi ürəyimdə müqəddəs bir ruha çevrilmiş ömürgün yoldaşım da bir zamanlar müqəddəs saydığımız o 48 nömrəli məktəbə  bağlamışdı həyatını elə o məktəbin müəllimi kimi köçdü bu dünyadan. Lap yaxından tanıyıram ona görə ki, Əhmədlidəki o 48 nömrəli məktəbin direktoruRüfət Əhmədzadələr nəslinin ləyaqətli nümayəndəsi olan Məriyyət Əhmədzadə Rafil müəllimin ustadlığını qiymətləndirən, onu məktəb kollektivinə sevdirən bir insan kimi indi mənə əziz doğmadır. Lap yaxından tanıyıram ona görə ki, o 48 nömrəli məktəbin Xanım müəllimə, Həcər xanım kimi ustad müəllimləri Rafil İmanovun ətrafında fəaliyyət göstərdilər, Vətən, Azərbaycan sevgisini onlar da öz şagirdlərinə aşıladılar. O 48 nömrəli məktəbin Rafil, Xanım, Həcər müəllimləri dövründə hər il 10-cu sinfi bitirən bütün məzunları ali məktəblərə qəbul olunurdu. O vaxtlar 48-in Azərbaycanla bir adı vardı. Sonra Rafil müəllim o 48 nömrəli məktəbdən getdiniyə getdi? – bilmirəm, amma Rafildən sonra o məktəbin dadı-duzu bitdi. sonra Rafil müəllimin sorağı ƏhmədlidəkiZəkalarliseyindən gəldi.

 

Əzizim Rafil müəllim! Çox-çox illər bundan əvvəl şəxsən sənin təşəbbüsün respublikada sayılıb-seçilən Fikrət müəlliminFikrət Xəlilovla bünövrəsini qoyduğunuzZəkalarliseyi heç bir xarici ölkəninköməyini”, “konsepsiyasınıqəbul etmədən Azərbaycanın etibarlı bir tədris müəssisəsi oldu. Bu gün həmin məktəbə rəhbərlik edən Aygün xanım Əhmədli Zəkaların şöhrətini daha yüksək pilləyə qaldırıb. Amma yəqin hamı etiraf edər ki, “Zəkaların şöhrəti bir tərəfdən onun pedaqoji kollektivinin zəhmətinədirsə, digər tərəfdən şəxsən sənin Vətənə sevgindən, şagirdlərinə məhəbbətindən doğan bir faktdır. Bu məktəbdə hər il sənin şagirdlərinin hamısı ali məktəblərə qəbul olundu. İstisnasız olaraq hamısı. Sən şagirdlərə riyaziyyat dərsi deyirsən. Amma hər kəsinquru rəqəmlərhesab etdiyi riyaziyyat dərsi sənin sinfində uca bir poeziya məqamına çatır. Bu poeziya riyaziyyat dərsində şagirdlərinə verdiyin Vətən sevgisi ilə meydana gəlir. Sənin nitqində Azərbaycan, Vətən, millət sözləri müqəddəs anlayışlar kimi şagirdlərinin ürəyində həkk olunur. Sən bu Vətən, millət sevgisini neçə illər bundan əvvəl mənim balalarımın da qəlbinə yazdın. İndi isə bu sevgini mənim nəvələrimin qəlbinə köçürməkdəsən.

 

Onu da bilirəm ki, mənim qızım Şəlalənin sənin uzun illər bundan əvvəl onların sinfində apardığın riyaziyyat dərslərinə bağlı dəftərlərini indi özündə saxlayırsan hər il yeni sinfə dərsə girəndə o dəftərləri nümunə kimi  şagirdlərinə göstərirsən. Şagirdlərinə olan bu məhəbbətin qayğıların mənim Şəlaləmi müəllimlik peşəsinə cəlb etdi indi o da Heydər Əliyev liseyində sənin yolunu davam etdirən şagirdlərinin çox istədiyi bir tarix müəlliməsidir. Sən riyazi təfəkkürün qadirlik gücünü öyrədirsən şagirdlərinə o şagirdlər riyaziyyatın fəlsəfi yükünü beyinlərində daşımaqdadırlar.

 

Azərbaycanın ağır qaçqınlıq, köçkünlük illərində şagirdlərinə bu dərdin böyüklüyünü sən anlatdın. O ağır günlərdə sənin el dərdinə yanmağının şəxsən canlı şahidi olmuşam. O vaxtlar sən böyük ailənlə 15-20 kv.metrlik köhnə bir mənzildə yaşayırdın. o zaman sənə təklif olunan beş otaqlı mənzildən qaçqın köçkünlər dünyasından çəkdiyin əzablara görə imtina etdin. Sənin müəllim böyüklüyün Azərbaycanda başlayan müstəqillik uğrunda mübarizədə özünü daha bariz şəkildə göstərdi. Sən imperiyaya qarşı mübarizənin ön sıralarında oldun o zamankı Xalq Cəbhəsinin öndə gedənlərindən biri kimi indi adı tarixə düşəsi bir vətəndaşsan. Sonra bu dünya düzəldi. Azərbaycan müstəqilliyinə qovuşdu sən heç bir təmənna güdmədən yenidən yalnız müəllimliklə məşğul oldun. Amma sənin yeni dövrdəki müəllimliyin hər bir şagirdinin qəlbində dərin bir iz qoymaqdadır...

 

Arada xəstələndiyini eşitdim. Türkiyəyə müalicəyə getdiyini bildim. Bu da taleyin bir sınağıdır. Bu dəfə tale sənin indi Türkiyədə təhsil alan bir çoxu Türkiyədə işləyən şagirdlərini sınağa çəkmişdi. Eşitdim öyrəndim ki, o keçmiş şagirdlərin Türkiyədə xəstəxanada sənin çarpayının başından bir an belə əskik olmayıblar. Bunu eşitdim böyük alim, sənin çox sevdiyin bakılı Landau yadıma düşdü. Soyuq qış günündə Moskvada ağır avtomobil qəzası keçirən Landaunun universitet tələbələri 39 gün xəstəxananın soyuq dəhlizlərində müəllimlərinin növbəsini çəkmişdilər. Sən Landau xarakterli, Landau ustalığı olan bir müəllimsən. İndi xəstəliyin ucbatından ara-sıra məktəbə gəlmədiyin günlər sənin şagirdlərinin keçirdiyini sənin çox sevdiyin, ürəyinin hərarətini verdiyin, bu gün mənim adımı daşıyan nəvəmin narahatlığından hiss edirəm. Sən çox xoşbəxt adamsan. Sənin müəllimliyin öz balalarından əlavə sənə yüzlərlə övlad qazandırıb. gizlədim, indi belələri azdır. O azlar içərisində Tanrı sənə müəllimşagird münasibətlərindən doğan bəxtəvərlik qismət edib.

 

Əzizim Rafil müəllim! Mən bu məktubu Səni tanıyandan bircə il sonra da yaza bilərdim, neçə illər bundan sonra da yaza bilərdim. Amma sənin kimi müəllim qıtlığının indiki çağında mən sənin bir nümunə olduğunu dostlarıma, yaxınlarıma, sənin dostlarına, sənin yaxınlarına hətta çox sevdiyin Azərbaycana bildirmək istədim. Mən bütün müəllimliyə hayqırmaq istədim. İstədim deyəm ki, bu müəllim dünyasında bir Rafil İmanov var. Bu müəllim dünyasındaqururiyaziyyatı poetik zirvəyə qaldıran bir İNSAN var. mən yüzlərlə azərbaycanlı şagirdlərinə aşıladığın biliyə, yüksək savada, Vətən, millət, Azərbaycan sevgisinə görə sənə sonsuz minnətdarlığımı bildirmək istədim. Yüzlərlə şagirdinin onların sənə minnətdar olan yüzlərlə valideynin duaları bu müqəddəs Ramazan günlərində səninlədir!
 





07.07.2014    çap et  çap et