525.Az

Narkotik becərən: "Əkmişdim ki, ağ günə çıxım"


 

Narkotik becərən: "Əkmişdim ki, ağ günə çıxım"<b style="color:red"></b>

Sabirabad sakininin həyətyanı sahəsindən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Sabirabad rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) “Xaş-xaş 2014” şərti adlı kompleks tədbirlər planının icrası ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun Qaratoğay kənd sakini, əvvəllər məhkum olunmuş 46 yaşlı İsa Heydərovun həyətinə baxış keçirilən zaman oradan ümumi çəkisi 26 kiloqram olan 100 ədəd çətənə kolu, bundan əlavə 1,2 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

"Əkmişdik ki, bəlkə ağ günə çıxdıq. Yaşamaq lazımdır. Uşağa sünnət toyu eləmək lazımdır. Kənd yeridir. Bostanda pul yoxdur. Əkmişdim ki, çəkim, satım, pay verim. Uşağa toy edəcəkdim. Uşaq yeddidə oxuyur, hələ sünnət toyu etməmişəm".

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

 





07.07.2014    çap et  çap et