525.Az

Limanda bədbəxt hadisə: fəhlə öldü


 

Limanda bədbəxt hadisə: fəhlə öldü<b style="color:red"></b>

“Xəzər Dəniz Gəmiçiliyi”ndə bədbəxt hadisə baş verib.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Zığ Quru Yük Limanında qeydə alınıb.
 
Bakı şəhər sakini Nadir Mirzəyev işlədiyi “Mahmud Rəhimov” adına gəmidə yıxılıb və aldığı xəsarətdən dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

 





07.07.2014    çap et  çap et