525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Azərbaycan ərazisində sabah küləkli hava şəraiti üstünlük təşkil edəcək və temperatur bir qədər enəcək.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məluma verilib.
 
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Sabah küləkli hava şəraiti müşahidə ediləcək, şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında  sabah gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 19-25, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
 





07.07.2014    çap et  çap et