İngiltərə hökuməti Ukraynada davam edən müharibə ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə yaxın olduğu bilinən bəzi şəxs və şirkətlərə maliyyə sanksiyaları tətbiq edilməsinə qərar verildiyini açıqlayıb.
525.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Londona rəsmi səfəri çərçivəsində Böyük Britaniya hökuməti 6 Rusiya şirkətinin ("CST", "RT-Komplekt", "Oboronlogistics", "Universalmash", "Lipetsk" və "Topaz") pilotsuz uçuş aparatları, hərbi maşınlar və istifadə olunan avadanlıqların istehsalçısı olduğunu açıqlayıb.
Açıqlamada Britaniya hökumətinin maliyyə sanksiyaları tətbiq etmək qərarına gəldiyi adlar arasında Rusiya Prezidenti yanında Sahibkarların Hüquqları Komissiyasının sədri Boris Titov yaxın vaxtlara qədər Antipinskinin ortaqlarından və idarəçilərindən biri olmuş Nikolay Eqorov da var.
Britaniya hökuməti tərəfindən Rusiyanın "Regnum" xəbər agentliyinin sahibi Sergey Rudnov da Kremlin tərəfdarı kimi qələmə verilib.
Bundan başqa, Britaniya Mərkəzi Sankt-Peterburq maliyyə qurumu "Bank Rossiya" və media yayımçısı Milli Media Qrupunun ortaqları Svetlana Krivonoqikh və Rusiyanın aviasiya sənayesi təmir və texniki xidmət şirkəti - "Aerostart"ın sahibi Viktor Myaçin, Rusiyanın əczaçılıq şirkəti R-yə maliyyə sanksiyalarının tətbiq edilməsinə qərar verildiyi açıqlayıb.
"Pharm"ın İdarə Heyətinin sədri Aleksey Repik, "United Energy Systems" və "ASC"nin keçmiş sədri Yevgeni Şkolov, "Dolovaya Rossiya" investisiya şirkətinin sədri Pavel Titov sanksiyalara məruz qalanlar arasında olub. Açıqlamada bildirilib ki, Ukraynada müharibə başlayandan bəri 1300-dən çox rusiyalı iş adamı və onlara bağlı şirkət və qurumlara qarşı sanksiya tətbiq edilməsinə qərar verilib.
Malik Atilay
çap et