525.Az

İranla əlaqəsi olan 9 şirkət ABŞ sanksiyalarına məruz qalıb


 

İranla əlaqəsi olan 9 şirkət ABŞ sanksiyalarına məruz qalıb<b style="color:red"></b>

ABŞ Asiya ölkələrinə neft-kimya məhsullarının istehsalı və tədarükü ilə məşğul olan 6 İran, iki Sinqapur və bir Malayziya şirkətinə qarşı sanksiyalar tətbiq edib.

525.az xəbər verir ki, ABŞ İranın neft sektoru ilə əlaqəli olan 9 şirkəti sanksiyalar siyahısına daxil edib.

ABŞ Maliyyə Nazirliyinin press-relizində deyilir ki, bu təşkilatlar neft-kimya məhsullarının istehsalı, satışı və Asiyada alıcılara çatdırılmasında mühüm rol oynayır.

Qeyd edək ki, ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyalar 6 İran şirkətinə, o cümlədən İslam Respublikasının ən böyük polietilen istehsalçısı Əmir Kəbir Neft-Kimya Şirkətinə təsir edəcək. 

Havar Şəfiyeva

 





09.02.2023    çap et  çap et