525.Az

Avstraliya Müdafiə Nazirliyi binalarından Çin istehsalı kameraları yığışdıracaq


 

Avstraliya Müdafiə Nazirliyi binalarından Çin istehsalı kameraları yığışdıracaq<b style="color:red"></b>

Avstraliya Müdafiə Nazirliyi Çin texnologiya şirkətləri tərəfindən istehsal edilən bütün kameraların "təhlükəsizlik narahatlığı" səbəbilə binalarından yığışdırılacağını açıqlayıb.

525.az xəbər verir ki, müdafiə naziri Riçard Marles Avstraliya Yayım Korporasiyasına (ABC) müsahibəsində mövzu ilə bağlı açıqlamalar verib. 

Çin texnologiya şirkətlərinə aid bütün müşahidə avadanlıqlarının təhlükəsizlik baxımından araşdırıldığını açıqlayan Marles, binadakı digər kameralar arasında Çin istehsalı olan kameraların da aşkar edildiyi anda aradan qaldırılacağını bildirib. 

Bildirilib ki, Çin texnoloji şirkətləri "Hikvision" və "Dahua" tərəfindən istehsal edilmiş ən azı 913 kamera, domofon, elektron giriş sistemi və videoregistratordan Müdafiə Nazirliyi ilə yanaşı Xarici İşlər və Ticarət Nazirliyi də daxil olmaqla bir çox dövlət binalarında istifadə olunur. 2022-ci ilin noyabrında ABŞ milli təhlükəsizlik baxımından 5 Çin texnoloji şirkətindən “yeni rabitə avadanlığının” idxalını və satışını qadağan edib. 

Bildirilib ki, məhsullarının ölkəyə idxalı və satışı qadağan edilən texnologiya şirkətləri arasında "Huawei"dən başqa "ZTE", "Hikvision", "Dahua" və "Hytera" da var. Avstraliya daha əvvəl Çin şirkətləri "Huawei" və "ZTE" tərəfindən 5G məhsullarının istifadəsini qadağan edib.

Malik Atilay

 





09.02.2023    çap et  çap et