ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 2 milyon 400 min barrel artaraq 455 milyon 100 min barrelə yüksəldiyini açıqlayıb.
525.az xəbər verir ki, ABŞ-nin kommersiya xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə təxminən 2 milyon 400 min barel artıb. Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməyərək 371 milyon 600 min barel səviyyəsində qalıb. Sözügedən dövrdə ABŞ-nin benzin ehtiyatları 5 milyon barel artaraq 239 milyon 600 min barel olub.
Qeyd edək ki, EIA-nın Fevral 2023 Qısamüddətli Enerji Görünüşü Hesabatına görə, ABŞ-nin orta gündəlik xam neft hasilatının 2023-cü ildə 12 milyon 490 min barrel, gələn il isə 12 milyon 650 min barrel olacağı gözlənilir.

Məhəmməd Tağıyev
çap et