525.Az

Mütləq və rəğmən


 

Mütləq və rəğmən<b style="color:red"></b>

O düz sözdür ki, Azərbaycanın teatr aləmində azacıq bir dirçəliş var.

O düz sözdür ki, Milli Teatrın tamaşalarında quruluş mədəniyyəti davamlı olaraq yaxşılaşır.

O düz sözdür ki, “Bütün deyilənlərə rəğmən ya Ağa Məhəmməd şah Qacartamaşası lokal bir uğur yaşayır.

O düz sözdür ki, afişada tamaşanın adı qısaca eləŞah Qacaryazılıb.

O düz sözdür ki, Əli Əmirli özününTiran aktyoradlı qeyri-tarixi faciəsində Səməd VurğununVaqifilə ötərisalamlaşıb”, o tarixi dramdan Qacarın monoloqunu götürüb öz əsərində imitasiya eləyib.

O düz sözdür ki, buQacarmövzusu məni lap bıkdırıb: bizim bu azərbaycanlılar bu Qacara veriblər ki, ondan geri ala bilmirlər? Azərbaycan ədəbiyyatının ən yaxşı romanlarından ikisində, – “Qan içində” (Yusif Vəzir Çəmənzəminli) Qətl günündə (Yusif Səmədoğlu), –  İran səltənətinin azərbaycanlı xacə qeysərindən danışılır; Azərbaycan dramaturgiyasının ən yaxşı pyeslərindən ikisində, – “Ağa Məhəmməd şah Qacar” (Əbdürrəhimbəy Haqverdiyev) Vaqif (Səməd Vurğun) əsas qəhrəmanlardan biri məhz farsın axta türk hökmdarıdır. Bu da nəhayət, Azərbaycan dramaturgiyasında  üçüncüQacardır ki, onun da müəllifi Əli Əmirlidir.  Təəccüblü heç yoxdur, heç kimi qınamalı deyil: sənətçini burada Qacarın özündən daha çox, dramaturji kolorit, dramaturji energetika, tarixi hadisənin hələ dəqiq məlum olmayan müəmması, gizlinləri, müsəlman məmləkətində xədim birisinin şahlığa yiyələnməsi kişisəl cəmiyyətdə at oynatması faktının özü maraqlandırır. Mövzunun çətini magiyası elə bu. Digər tərəfdən isəQacardan yazmaq yetərincə asan: Qacarın haradan gəlib hara getdiyi bəlli, axtalandığı bəlli, cəddi-əqrəbası bəlli, düşmənləri bəlli, istəyi bəlli, əməllərinin məqsədi, məntiqi bəlli cazibəli, ölümü isə naməlum, məchul, tarixi savaşların tüstüsü içində...

Toplananların yerini dəyişəndə cəm dəyişmir.

... məsələ qalır peşəkarlığa: cəm dəyişmədiyi halda necə eləyəsən ki, toplananlar arasında yeni təmas, yeni münasibətlər, yeni bir oyun qurulsun.

O da düz sözdür ki, mən Ə.Əmirlinin pyesini oxuyub əvvəl-əvvəl bəyənməmişdim sözümü düz onun üzünə demişdim. Nəinki demişdim, hətta yazmışdım da bu haqda. Hesab eləmişdim ki, əgər pyesdən Qacarın anası Ceyran xanımı çıxartsalar, ortada bir tək Haqverdiyev faciəsinin karkası qalacaq.

İş elə bu anada...

Çünki Ə.Əmirliyə görə Qacarın müəllifi Ceyran xanımdır. Ağa Məhəmməd bir oğul kimi, bir şah kimi Ceyran xanımın seçimidir, Ceyran xanımın yaradıcılığıdır, əsəridir.

Amma lakin... bununla bərabər...

O söz düzdür ki, biz adətən səhnədə pyesəbaxırıq”: daha doğrusu, öncə hərəkəti görürük, sonra personajın dediyini anlamağa çalışırıq. Teatrın insan psixikasının qanunları belədir. Bu dəfə isə mən, görünür, Qacar tarixçəsini yaxşı bildiyimdən, pyesi Milli Teatrın səhnəsindən aktyorların ifasında dinlədim dinləyə-dinləyə bir daha Əli Əmirlinin bir dramaturq kimi bacarığını yüksək qiymətləndirdim:  dialoqlar o qədər dolu, o qədər sərrast, o qədər gərgin, o qədər mənalı idi ki... o qədər canlı müasir yazılmışdı ki... həcv alçaltma tendensiyasından o qədər uzaq idi ki... seyrçi nələr olduğuna yox, nələr eşitdiyinə önəm veriridi.

O söz düzdür ki, söz vaxtına çəkər: mən o zaman, yəni haradasa tamaşanın premyerasından dərhal sonra, yəni təqribən elə bir il bundan öncə yazmağa başladığım həmin bu məqaləni elə buradaca saxlamışdım. Çünki Kulis.az saytının aktiv yazarlarından biri teatrşünas Aliyə tamaşa barəsində bəyəniləsi bir resenziya (kulturoloji duyğusal gəzişmə) ilə çıxış eləmişdi yazmışdısa, onu qəşəng yazmışdı. Onda sanmışdım ki, daha mənə hacət: Aliyənin resenziyasında əksər mühüm məsələlər vurğulanıb, verbal vizual eyhamlar mənalandırılıb, tamaşaya milli teatrın tarixi müasir durumu kontekstindən yanaşılıb. Ancaq nədənsə mənə indi, məhz bu dəm elə gəlir ki, “Bütün deyilənlərə rəğmən ya Ağa Məhəmməd şah Qacartamaşası ilə ilişikli formalaşmış fikirlər silsiləsini tamamlamaq qapatmaq məqamıdır, xacə ilə bilmərrə axirətəcən vidalaşmaq məqamıdır.

O da sözün düzüdür ki, dekonstruksiya həmişə mövcud qavrayış qəlibini, birtərəfli münasibət tendensiyasını dağıtmağa yönəlir, tarixi (olsun ki həm bədii) mövzunun, hadisənin ya şəxsiyyətin (qəhrəmanın) fərqli yozum versiyasını ortaya atır. Haradasa dekonstruksiya fəlsəfi fikir tarixinin qeyri-səlis məntiqi kimi bir şeydir: sıfırdan birə qədər olan məsafədə variantlar bolluğuna çıxır, şərhlər sırası, yeni diskurslar yaradır. Əli Əmirli bu pyesində tarixi situasiyanın dekonstruksiyası ilə məşğul olub bütün deyilənlərə rəğmən Ağa Məhəmməd Şah Qacarın daha insani, daha duyğusal, daha ədalətli, daha müdrik əməllicə dindar portretini yeni faciə mozaikasında düzməyə çalışıb, məmləkətləri qorxuda saxlayan bir hökmdarı öz qorxularının əsiri kimi, öc almaq naminə cızdığıintiqam partiturasının köləsi kimi, öz yaşantılarının psixi diskomfortunda ilişib qalmış çarəsiz tənha bir cəllad-siyasətçi kimi təqdim eləyib.

 Hərçənd bunlar hələ hamısı bəlkə önəmlisi deyil. Önəmlisi budur ki, məncə, düzü budur ki, Əli Əmirli pyesinin şah Qacarı ana uşağı Ağa Məhəmməddir, anası Ceyran xanımın ətəklərini buraxmayan Ağa Məhəmməddir, heç cür öz uşaqlığından ayrıla bilməyən, böyüyə bilməyən, kişi ola bilməyən Ağa Məhəmməddir; o Ağa Məhəmməd ki, onun ağlını, emosiyalarını, rəftarlarını hətta siyasətini çocuqluq basqıları müəyyənləşdirir. Öc almaq, dürlü-dürlü cəzalar fikirləşib tapmaq Qacar üçün uşaqlıq oyunlarına oynamaq kimi bir şeydir. Məhz ol səbəbdən Əli Əmirlinin versiyasında şah Qacar infantil Qacardır, “zınqırovluQacardır, tülkülər kimi səksəkəli Qacardır...

Qacar ozınqırovu da uşaqlığından götürüb gəlir... ağrılı xatirə, insanı aşağılayanhədiyyəkimi götürüb gəlir... tülkülərə verdiyi işgəncənin əvəzi kimi götürüb gəlir...

hələ çocuqluq dəmindən əzablar, məhrumiyyətlər gördüyünə görə, “qəlbi qırıqolduğuna görə anası onu ərköyün böyüdüb... Ərköyün böyüyə-böyüyə isə buqəlbi qırıqaxırda tamam qəlp adam olub... bir-bir hamının ölümünə susamış adam olub...

Dünya qan üstündə bir xanimandır!” Sanki Əli Əmirli Qacar dünyasında bu düşüncənin psixoloji motivasiyasını axtarır.

Bu Qacar bir o qədər cəsur deyil: qurnaz ərköyündür, ağıllı, qorxaq ehtiyatlıdır, bir az da aktyordur; Qacar bir qəhrəman kimi sahib olmayıb səltənətə: ona taxt-tacı zınqırov kimi bağışlayıblar; anası bağışlayıb, qardaşı bağışlayıb; uşağa oyuncaq bağışlayan kimi bağışlayıb, əzizləyib, xətrinə dəyməyib bağışlayıb... Qacar heç təsadüfdən anası Ceyran xanımı suçlayıb demir ki, “bütün Qacarların səltənət taxtına iddiasının mayasında sənin hökmranlıq ehtirasın dayanırdı”. Yəni Ağa Məhəmmədin taxtda oturması göydəki birquyruqlu ulduzun oyunudur, anasının istəyidir təbii ki, özünün oyun oynamaq fərasətidir.

İnsan duyğularından yox, ağlından qorxaq olur. İnsan qədər çox ağıllıdırsa, bir o qədər çox qorxaqdır.

Qacar da könlü istəyən kimi oynayır bu oyuncaqla... Fuad Poladovun səhnədəki Qacarı da infantildir; infantil qəlp. Onun Ağa Məhəmmədinin səhnə plastikası haradasa dendi Səlimlə (“İstintaq davam edirbədii filmi) Əmir Teymur (“Ruhların divanıteletamaşası) arasındakı məsafənin dayanacaqlarından keçib formalaşır. Burada pyes yazarı, rejissor, aktyormöhtəşəm Qacaryapmaq həvəsində bulunmurlar. Onların hədəfi bütün deyilənlərə rəğmən Ağa Məhəmmədin əsl insan xislətini, onun xacəlik ətrafına kələf kimi sarınmış xarakterinin dolanbaclarını açmaqdır. Ancaq əfsus heyhat! Çünki Ağa Məhəmməd bir insan kimi lap çoxdan qurtarıb, erkək tülkülərin, dişilərə yaxın düşə bilməsinlər deyə, boynuna zınqırov bağlayıb meşəyə buraxdığı gündən qurtarıb, qurumuş hisslərinin yerinə zülm əkdiyi gündən qurtarıb. Ona görə Fuadın bizə təqdim etdiyi Qacarın ana sevgisi , qardaş sevgisi , düşməninə nifrəti oyundur, teatrallaşdırılmış siyasətin bir təzahürüdür.

Pyesdə Ceyran xanım daha aktivdir, daha nüfuzludur, hökmdarla dilləşəcək, onun qərarına təsir göstərəcək qədər özgürdür: tamaşada isə buna rəğmən xeyli sönükdür mən burada heç aktrisa Laləzar Mustafayevanı suçlamazdım. Əli Əmirlinin Ceyran xanımı müəllifin bədii fantaziyasıdır. Çünki tarixi Ceyran xanım oğlu Ağa Məhəmməd taxt-taca yiyələnməmişdən öncə dünyasını dəyişmişdi. Bu o deməkdir ki, öz pyesində müəllif tarixi olayları təzədən modelləşdirir, hadisələrə Qacara fərqli baxım bucağı sərgiləyir.

Fuadın arıq, sısqa Qacarı təkcə fiziki yox, həm emosional qurumuşluğun ifadəsidir.

Skelet həmişə ölümün oyunundan sonra qalan müdhiş oyuncaqdır.

Digərlərisə əsərdə tamaşada təfərrüatdır (burada: epizodik, inkişafdan məhrum personajlar anlamında), Qacar üçün fondur.

Kərim xan Zənd (Məmməd Səfa) haradasa dər-divar üzərində, bəlkə yaddaş hasarı üstündə şeytan kimi gəzişən xatirədir, Qacarın əbədi kabusudur. Məqamı çatmışkən söyləyim ki, tamaşadayeriyən hasareffekti əla tapılıb (quruluşçu rejissor tərtibatçı rəssam Azər Paşa Nemət); sanki bu hasar təsəvvürlə gerçəkliyin bir-birinə qovuşduğu zolaqdahərlənibQacar ömrünün vərəqlərini bir üzündən o biri üzünə çevirir. Kərim xan əgər şeytan xislətli birisi olmasaydı, Qacar Yaxın Şərqin qara ölüm kabusuna çevrilməzdi. Qacarı əsir saxlamış insan Kərim xandır, onu axtalamış, onun gələcəyini əlindən almış insan, onuqurutmuşinsan, tülküləşdirmiş insan Kərim xandır təsadüfi deyil ki, Qacar Kərim xan Zəndi öz müəllimi bilir, çox şeyi ondan öyrəndiyini deyir... hərcənd bu, Kərim xanın sümüklərini gətizdirib öz ayaqları altında basdırmasına Qacara mane olmur.

Bu fraqment Qacarın keçmişindən tamaşaya çıxarılmış bir xatirə desantıdır, vəssalam əsərin süjetinə heç bir dəlaləti yoxdur.

Pyesin xəyal (teyf, qarabasma) olmayıb diri olan təfərrüatı isə yalnız onu fikirləşir ki, Qacarın ölümünə necə bais olsun, Qacarın ölümünü necə sürətləndirsin, qətlini necə yaxınlaşdırsın. Odur ki, bu tamaşa Qacarınnecə eləyim ki sağ qalım, şahlığımı saxlayıməməl xəttiylə təfərrüatınnecə eləyim ki, Qacarı öldürüm, taxt-tacı onun əlindən alımtendensiyalı əməl xətti arasındakı təzad üzərində qurulub. Qacar FuadınQacarmonotamaşasında olumla ölümün sərhədində hərəkət edən bir personajdır; o, yaşamaq üçün, sağ qalmaq üçün öldürür, öz qorxusundan öldürür; bilir ki, o, öldürməsə, onu öldürəcəklər.

Qərinələr boyunca siyasi oyunların alfa omeqası dəyişmir.

Qacarı axta, qorxaq eləyən , məsud eləyən taxt-tacdır.

Axta”, “taxta”, “taxtsözlərinin semantikasında gəzişmələr fantastik mənalar sırası yaradır!

Fuadın Qacarının öz taxtı ilə oyunu, yəni Fuadın solo ifası, Fuadın fraqmentlərlə göstərdiyi monotamaşalar daha effektli təsirlidir, nəinki onun başqa personajlarla ünsiyyəti, rəftarı: bu müstəvidə hər şey çox adi, trafaret monotondur. Səbəbi , məncə, aydın: nədən ki, digər personajlar şəkildirlər, qiyafədirlər səhnəyə sanki Qacara replika vermək üçün çıxıblar... Bütün tarixi pyeslərin ənənəvi zəif cəhəti elə bu...

Amma o da düz sözdür ki, Qacar hara, müqəddəslik hara: ancaq nədənsə tamaşanın sonunda onun nəşini göylərə qaldırırlar... Hm, bunu necə anlayaq? Yəni torpaq heç bu zülmkarın meyitini qəbul eləmədi? Yox, bu fikiroxunmurfinalda. Bəlkə Qacar İsa Məsihə tay tutulur? Onu müqəddəslər sırasınamı qatırlar? Olurmu heç?

Niyə olmasın: gümandır, versiyadır, rejissor yozumudur. Hərçənd bu yozumdan pis bir tendensiya boylana bilər. Nədən ki, Qacarın nəşi yuxarı qaldırılınca seyrçi başlayır çəpik çalmağa: aktyorları alqışlamağa. Etirazım yoxdur; tamaşa alqışlanırsa, mən buna apriori sevinirəm... Özünü məcbur eləyib bir balaca düşünəndə isə görürsən ki, dolayısı yolla seyrçi özünə hesabat vermədən bir şahın, bir qatilin, bir despotun göylərə uçan ruhunu alqışlayır... Bu da az qala o fikrə gətirib çıxarır ki, qan püskürən, atəş sovuran Qacar günahsız mələkdir! Cənablar, məndən inciməyin, belə bir yozumla heç cür razılaşa bilmərəm! Qacarın bəraəti yoxdur! Hamımız sonsuz sınaqlara məhkum edilmişlərik: busa bir kimsəni incitməyə belə bizə haqq vermir!!!

Əgər Qacar həyatın əzablarından, ağrı-acılarından qurtulmağa zərrə qədər çalışsaydı, yəqin ki o, bu üzücü hakimiyyət davasını buraxıb dərviş olardı...

Olmadı... Qacar istəmədi bunu; əksinə, kin, xəyanət, ədavət, nifrət dəryasına atıldı elə bu dəryada da boğuldu... Qacar elə buna da layiq idi, artığına yox...

Bütün deyilənlərə rəğmən... vuğulu-illüstrativ rejissura parametrlərində görünən tamaşa səliqəlidir, ritmikdir, bütövdür, kübarcasına teatraldır... seyrçilər bu tamaşaya gəlirlər...

Onlar bir vaxt Sidqi Ruhullanın Qacarını, Ələskər Ələkbərovun Vaqifini görməyə gəlirdilər...

Çağdaş dönəmdə isə Qacar rolunda Fuad Poladova baxmağa gəlirlər... Yəqin ki Qacar adını eşidib gəlirlər... Keçmişin teatr əfsanəsilə təmas qurmağa gəlirlər... Qacar mifinə gəlirlər... Qacarınzınqırovuna gəlirlər...  Az, ya da çox, fərq eləməz, gəlirlər... bu, yaxşı bir əlamətdir teatr üçün. Fiksə olunmalıdır mütləq.

Amma lakin...

...o da düz sözdür ki, Milli Teatrın repertuarındaŞah Qacarın solundaŞah Şairdir öz Xətailəriynən, sağında daƏmir Teymurdur, Yıldırım Bəyazidlə birgə... Böyürdən isəGəncə qapılarıəlacsız-əlacsız, hüznlü-hüznlü baxır seyrçilərə. Bir yandan da Dədə Qorqud qaval tutub əlində... Eşitmişəm ki, Allah qoysa, yaxın vaxtlardaNadir şah” (Yunus Oğuz) da səhnəyə təşrif buyuracaq. Niyə deyirəm bunları: bir zamanlar, yəni 80-ci illərdə bir çox sənətçilər, şünaslar şünas kimilər məlum şair-dramaturqların ard-arda teatra sırıdığı tarixi mövzulu pyeslərdən bıkdıklarını, bunların teatr üçün bir gerilik olduğunu, teatr mədəniyyətinin, aktyor sənətinin inkişafına bir əngəl olduğunu, ştamplara, streotiplərə, yırpanmış teatrallığa yol açdığını söyləyirdilər. Özü bunu ayrı adamlar, teatrın dışında olan adamlar söyləmirdi, teatrın içindən rejissorların, aktyorların özləri söyləyirdi. İndi yenə xeyir ola? Təzədən bismillah? Üzümüz neçənci əsrə dayanmışıq? Haralara üz tutmuşuq? Niyə bir addım irəliyə, iki addım geriyə gedirik? Tarix içində həddən ziyadə ləngimirik ki? Birdən bizim yenidən oralara qayıtmaq fikrimiz olar ha? Mən hesab edirəm ki, buna heç bir ehtiyac yoxdur biz aram-aram, tələsmədən, amma hər gün müasirliyin teatrına, günün teatrına yaxınlaşmalıyıq. Bir vaxtlar bunu Cəfər Cəfərov da deyirdi, sonralar Yaşar Qarayev dedi... təbii ki, hərə öz dövrünə uyğun...

 





07.07.2014    çap et  çap et