525.Az

“Ruhumuzun qidası kitablar” adlı metodik vəsait təqdim edilib


 

“Ruhumuzun qidası kitablar” adlı metodik vəsait təqdim edilib<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının  Elmi-metodika şöbəsi tərəfindən 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə hazırlanan  “Ruhumuzun qidası kitablar” adlı metodik vəsait virtual rejimdə istifadəçilər üçün təqdim edilib.

525.az xəbər verir ki, vəsaitin əvvəlində dahi şəxsiyyətlərin kitablar haqqında söylədikləri fikirlər yer alıb. Metodik vəsaitin I hissəsi kitabların qədim dövrlərdən indiki zamana qədər keçdiyi tarixi inkişaf yolundan bəhs edir. II hissədə isə metodik köməklik məqsədilə 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü  münasibətilə keçiriləcək tədbirlərin planı verilib.

Təqdim edilən vəsait yeniyetmə və gənclər, kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının  fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.

Metodik vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz:  https://bit.ly/3xt2KfH

 





10.02.2023    çap et  çap et