525.Az

Səsləri əbədiləşdirmək istedadi


 

Səsləri əbədiləşdirmək istedadi<b style="color:red"></b>

Uzun illər ərzində oxucusu olduğumuz Mustafa Çəmənlinin sənətlə bağlı ədəbi nümunələrinin ilk baxışda janrını, bütünlükdə isə onların estetik tutumunun  böyük  ədəbiyyata,  əhatəliliyi  birmənalı olan jurnalistikaya yaxud təhlil tədqiqə yönəlik musiqişünaslığa  aid olduğunu müəyyənləşdirmək bir qədər çətindir desək, yəqin ki, yanılmarıq. Belə ki, həcmindən asılı olmayaraq, onların hər birində özünəməxsus dramaturji xəttə köklənmiş yazıçı müdrikliyini, jurnalistdiriliyini musiqişünas-tədqiqatçı nəfəsini duymaq mümkündür. Qənaətimizcə, məhz yaradıcılığına xas olan bu çoxşaxəli tutum onu başqa musiqi tədqiqatçılarından fərqləndirir...

Mustafa Çəmənli yaradıcılığının fərdiliyi bir tərəfdən maraq dairəsinin genişliyidirsə, digər tərəfdən onun hadisələrə münasibətində zamansızlığa nail olmasıdır. Fikrimizcə, bunu şərtləndirən başlıca səbəb  müxtəlif mövzulu yazılarında araşdırdığı sahəyə yüksək bələdçiliyini nümayiş etdirməsi, bədii üslubundayazı manerasında müdrikliklə emosionallığı qoşalaşdırmağa nail olmasıdır. Elə onun  əlinizə alıb oxuyacağınız  Sənət hekayələri  kitabında toplanmış bədii-publisistik yazılarda da vurğuladığımız məziyyətlərə şahidlik etmək mümkündür.

Əslində, müəllifin əsas yaradıcılıq kredosunu həyat amalını özündə hifz edənSənət hekayələrionun sənət dünyasına  bədii münasibətinin çoxillik mənzərəsinin məcmusudur. Başqa sözlə desək,  bu dəfə oxucuları Azərbaycan mədəniyyətinin, onun muğam sənəti kimi bənzərsiz ruhi qaynağına Mustafa Çəmənli təqdimatında çox maraqlı, şaşırdıcı faktlarla dolu bir səyahət gözləyir. Belə ki müəllif bizi gah arzuların qanadlarında barəsində əfsanələr dolaşan keçmiş  muğam korifeylərinin ecazkar sənət möcüzələrinə qiyabi səyahətə dəvət edir, gah da bizi sonsuz xəyallar dünyasından bu günümüzə qaytarır, bizi həyatda bizimlə qoşa addımlayan müasirlərimizin yaratdıqları səs ifa möcüzələrinə  şahidliyimizə görə qürur hissi keçirməyə haqqımız olduğuna inandırır. Əgər müəllifin bu tanışlığa başlanğıc kimi qəbul olunan zəngin tutumluYaddaşbədii-publisistik yazısını dəyərləndirməli olsaq, onda oxucular bundan sonra oxuyacaqları digər tarixi-musiqili hekayətlərdə onları necə bir gözlənilməz ovsunlayıcı faktlarla dolu anlar gözlədiyini təxmin edə bilərlər.

Doğrudan da, qeyri-adi poetikliyi ilə seçilənYaddaşda doğma QarabağaÇəmənliyə yollanan müəllifin yolboyu üz tutduğu bir neçə kənddən aldığı mənəvi-ruhi təəssüratda toplananqatı açılmamıştarixi-elmi informasiyalar əhatəli bir romanın məzmun yükünü təmin edə biləcək  gücdədir. Bununla da o, duyulası sənətkarlıqla saldığıyaddaş körpü  ilə bizi Azərbaycan musiqi sənəti tarixinin qızıl səhifələrini bəzəyəcək neçə-neçə sənətkar taleyi ilə, o cümlədən haqqında az yazılan Qarabağ aşıqlıq məktəbinin görkəmli simaları ilə tanış edir.

Yazının oxunaqlığını təmin edən məziyyətlərdən birinin müəllifin  ifadə-söz palitrası zənginliyinin hekayətdən-hekayətə  artdığını vurğulasaq, yanılmarıq. Təkcə eləYaddaşda işlətdiyi, çoxlarına arxaik görünə biləcəknağıl ovqatlısöz ifadələri müasir leksikonumuza layiqli töhfə saymaq olar. Yəqin ki, bu  səbəbdən Mustafa Çəmənlinin dildoğmalığı, üslub ifadə  özünəməxsusluğunu özündə hifz edən bu digər sənət hekayələri birnəfəsə oxunur, oxucu ruhunu ona rahatlıq bəxş edə biləcək mənəvi informasiya ilə qidalandırır...

Qəribə çox sevindirici haldır ki, müəllifin kitaba daxil etdiyi digər yazılar da faktlarının məzmun tutumunun zənginliyinə görəYaddaşdan heç geri qalmır. Bu mənada onunÜrəyimdə qalan sözlərində  Üzeyir bəy Hacıbəylinin həyatı barəsində müasirləri tərəfindən dilə gətirilənlər sənətkarın dahiliyini özündə yaşadan ömür yolunu zənginləşdirən çox maraqlı faktlardır, desək, yanılmarıq.

Mustafa Çəmənlininİlk Azərbaycan rəqs ansamblıyazısını isə heyrətləndirici məzmun çoxsaylı tarixi fakt tutumuna görə, mübaliğəsiz, çox ciddi tədqiqat işinin elmi referatıyığcam ifadəsi hesab etmək olar. Yazısının əvvəlində haqqında söz açacağı mövzunu bir tələbəyəAllahın lütfükimi qəbul edən müəllifin  sonrakı həyat yaradıcılıq yolu göstərdi ki, həmişə olduğu kimi, yaradanın bu seçimi heç təsadüfi olmayıb. Yaxşı haldır ki,  o vaxtdan bəri müəllif  bu lütfün görüntüsü olanbəxt quşunun çiynindən perik düşməsinə imkan verməyib.

Hadisələrin inkişafını respublikamızda ilk professional rəqs ansamblının yaradıcısı Əşrəf Səfərov üzərində quran Mustafa Çəmənli özünün çox əhatəli bu yazısında onlarla adları bu gün yalnız  iti yaddaşlardanboylanansənətkarların səs-söz mirasından söz açmaqla, özünün xeyirxahlığa bələnmişLayiqli olanları yada salmalı xatırlamalıhəyat kredosuna sadiq qaldığını bir daha təsdiqləmişdir. Yeri gəlmişkən deyək ki, onun yazılarında əsas qəhrəmanı əhatələyən digər yaradıcı insanlara yer ayırması uzaq-yaxın illərin mədəni hadisələrini bütün əlvanlığı ilə ifadə etməyə imkan verir.  Odur ki, bu vaxta qədər iyirmi səkkiz kitabının işıq üzü görməsinə onların əksəriyyətində  musiqi mədəniyyətimizin çoxəsrlik tarixini yeni-yeni faktlarla zənginləşdirməyə nail olan Mustafa Çəmənlinin  bu sahədəki fəaliyyətinin əlaqədar dövlət qurumları tərəfindən layiqincə dəyərləndiriləcəyinə inanmaq istərdik. Düşünürük ki, bu kitab ümumi tərtibinə görə ənənəvi dissertasiya standartlarına uyğun gəlməsə , məna-məzmun tutumuna görə  elmi dərəcəyə layiq görülmüş çoxsaylıtədqiqatlarıxeyli üstələyir...

Mustafa Çəmənlinin bədii üslubuna poetikanın hakim kəsilməsinə rəğmən onun musiqi ilə bağlı müxtəlif  həcmli yazılarının birnəfəsə, özü   çox maraqla oxunduğunu vurğulamaqla, bu yaradıcılıq nümunələrinin hamısına musiqi ruhununoxucunu duyğulandıran ovqatyaradıcı ritmin  hopduğunu xüsusi qeyd etmək istərdik. Bu mənada onun Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblına uzun müddət rəhbərlik etmiş Qılman Salahovun ömür yoluna saldığıbədii işıqdakı (“Keşməkeşli bir ömür”) uğurlar üzərindən yüksələn dramatiklik, Seyid ŞuşinskininÇahargahmuğamının şöbələrində hifz olunan ruh daşıyıcılığına  verdiyi izahatdakı (“Xalq musiqisində müharibə ovqatı”) məntiq, “MuğamlarımızdaBayatgizlinlərindəki bənzərsiz ruhi dəyərlərimizin adlarında səslənən məşhur sözə məşhur xanəndə Cabbar Qaryağdıoğlunun dili ilə gətirdiyi aydınlıqdakı gözlənilməzlik, qanlı-qadalı İkinci Cahan müharibəsi illərinin musiqi mənzərəsinin təzadlı hadisələrini göz önündə canlandıran  O illərin nəğmələrindəki  ensiklopedik bilgilər   milli teatr ənənələrinin coğrafi genişliyini təsdiqləyənAşqabad Azərbaycan Teatrında təəssübkeşlik hissləri fərqli bir  bədii-tarixi kontekstdə oxucuya təqdim olunduğundan çox təsirlidir.

Düşünürük ki, oxucular müəllifinBir məktubun ovqatında görkəmli şairəmiz Mirvarid Dilbazinin xanəndə Əbülfət Əliyev haqqında söylədiklərini, “Yadigar səslər barəsində əfsanələr dolaşan xanəndə-milyonçu Seyid MirbabayevinAy bəri baxda göstərdiyi özünəməxsus ifa tərzinin tarixçəsini, adı musiqisevərlərə çox az tanış olan Bikə Səmədzadənin unudulmuş ömür yoluna salınan müəllif  işığı, mahir rəqqas kimi tanınan Əlibaba Abdullayevin xanəndəlik qabiliyyəti barəsində qeydlərini eyni maraqla oxuyacaqlar.  Belə ki Mustafa Çəmənli qələmi həmişəki kimi bu musiqili esselərin oxucusunu ovsunlamaq, onu duyğulandırmaq gücündədir...

OnunCəfər Cabbarlı musiqi”, “Ömrün sarı simi”, “Onun musiqi ömrü”, “Sarəng ürəyinin səsi”, “Bir şair-bəstəkarın taleyi”, “İşıqlı şəxsiyyət”, “Həkim-bəstəkar”, “Üç tale, üç bəstəkarBu işıqlı dünyada...” hekayələri Cəfər Cabbarlı, Əhməd Bakıxanov, Səməd Vurğun, Mir Kazım Aslanlı, İsgəndər Novruzlu, Süleyman Ələsgərov, Hacıbaba Həsənov, Xosrov Fərəcov, Zöhrab Abdullayev, Qafar Namazəliyev Firidun Şuşinski kimi yaradıcı insanların ömür yolunda yer almış  təsirli faktları əhatə etdiyindən olduqca maraqlıdır. 

Mustafa Çəmənlinin bu yeni kitabına daxil edilmişSəs qərib olmur”, “BorcŞur dərsihekayələrində bədiilik qədər qabarıq olsa da, onlar da məzmun fakt  tutumuna görə tarixi-mənəvi əhəmiyyət daşıyır.  MüəllifinNəğməli xatirələr”, “Oxu, gözəl...”, “Son görüş”, “Mənsuriyyə harayı”, “Rastda yaşayan ömür  Azad bir quşdum...” yazılarında isə oxucuya adları muğam tariximizi bəzəyən Yavər Kələntərli, Xan Şuşinski, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Şahmalı Kürdoğlu Səxavət Məmmədovun yaradıcılığını bəzəyən  çoxlarına məlum olmayan məqamlar təqdim olunduğundan, onların məzmun tutumu çox yeni təravətli qəbul olunur...

Mustafa Çəmənlinin, obrazlı desək, musiqi tariximizə yeni  özünəməxsus baxışının məcmusu olan bu kitabda yuxarıda adları çəkilənlərdən başqa onlarla görkəmli sənət adamının yaradıcılığına da münasibət bildirilib. Amma bu zənginliyi şərtləndirən başlıca səbəb çoxluğun əldə olunmasından öncə, milli musiqimizin inkişafına töhfələr vermiş insanların xatirələrinə ehtiramın ifadəsi, dəyərli yaradıcılarını unutmağa haqqımızın olmadığını hamımıza bir daha xatırlatmaqdır. Bu sırada Hüseynqulu Sarabski, Əhməd bəy Ağdamski, Əli Zülalov, Cahan Talışinskaya, İsmayıl Eloğlu, Sona Mustafayeva-Bağırova, Şirzad Hüseynov, Səməd Səmədov, Hacıbala Hüseynov, Gülxar Həsənova, Adil Gəray, Sara Qədimova, Kamil Əhmədov, Simuzər Hətəmova, Gülağa Məmmədov, Habil Əliyev, Əlibaba Məmmədov, Elman Bədəlov, Mürşüd Məmmədov, Ramiz Hacıyev, Xaləddin Xəlilov, Arif Babayev, Süleyman Abdullayev, Qədir Rüstəmov, Canəli Əkbərov, Ramiz Quliyev, Ağaxan Abdullayev, Mənsum İbrahimov Nəzakət Teymurovaya həsr olunmuş esse oçerklərin adını çəkmək olar.

SiziSənət hekayələriilə baş-başa qoymazdan əvvəl demək istəyirik ki, hər bir kitab yalnız oxunanda öz başlıca funksiyasını yerinə yetirmiş olur. Mustafa Çəmənlinin bu vaxta qədər işıq üzü görmüş kitablarının taleyi məhz bu cür olub. Yuxarıda qeyd etdiyimiz məziyyətlərinə rəğmənSənət hekayələrini  belə bir sonluğun gözlədiyinə əminik. İnanırıq ki,  hələ bundan sonra da onun səsləri qəriblikdən çıxarmağı bacaran  musiqiliqələmi bizi yeni-yeni sənət yanğılı yaradıcılarla tanış etməkdə davam edəcəkdir. Belə ki  milli musiqi məkanımızda Mustafa Çəmənlinin qəhrəmanına çevrilməyə layiq olan sənət adamlarımız  hələ kifayət qədərdir...

Ziyadxan  Əliyev,
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi

 





07.07.2014    çap et  çap et