525.Az

“Bir yumruq, bir ürək, bir can”


 

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ TÜRKİYƏYƏ DƏSTƏK ÜÇÜN XEYRİYYƏ TƏDBİRİ KEÇİRƏCƏK

“Bir yumruq, bir ürək, bir can”<b style="color:red"></b>

Martın 4-də saat 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyi tərəfindən xeyriyyə tədbiri keçiriləcək.  Bu barədə AYB Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir: “Bir yumruq, bir ürək, bir can” adlı poeziya axşamında tanınmış şairlərin öz ifalarında şeirləri səsləndiriləcək.

525.az xəbər verir ki, tədbirdə qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən əziyyət  çəkən insanlar üçün vəsait toplanılacaq. Əldə edilmiş vəsait yardım fondlarından birinə köçürüləcək. Bütün üzvlərimizi, qələm dostlarımızı, şeirsevər, xeyirsevər vətəndaşlarımızı tədbirdə iştirak etməyə dəvət edirik”.

 





10.02.2023    çap et  çap et