525.Az

“Çto?” “Qde?” “Koqda” -nın ulduzları Bakıda breyn –rinqi yarışını idarə edib


 

 “Çto?” “Qde?” “Koqda” -nın ulduzları Bakıda breyn –rinqi yarışını idarə edib<b style="color:red"></b>

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı, Gənclər və İdman Nazirliyi və "Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilatçılığı “Bakının Birİncisi 2014” adlı “Nə? Harada? Nə Zaman?” və “Breyn-rinq” üzrə gənclər arasında intellektual turniri keçirilib.

 

Bu barədə 525.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib.

 

30 komandanın iştirakı ilə “Marriot Absheron” otelində baş tutan turnirin aparıcıları Moskva və Minsk elitar klublarının ən məhşur oyunçuları olan, “Büllur Bayquş” mükafatının sahibləri Andrey Supranoviç və Ales Muxin olub. Münsiflər heyətində isə Moskva elitar klubun tanınmış  oyunçuları Anastasiya Şutova və Aleksand Fingerov əyləşib.

 

Tədbirin rəsmi açılış mərasimində çıxış edən Milli Məclisin deputatı, “Böyük İpək Yolu” BGİ-nin sədri Fuad Muradov bildirib ki, artıq ənənə halını almış bu yarışlar gəncliyin intellektual potensilaının üzə çıxarılmasında rol oynayır. Deputat qeyd edib ki, bu yarışmalar gəncliyi müsbət yöndə inkişaf etməsinə yönləndirir. “Bütün bunlar ölkədə mərhum prezident Heydər Əliyevin yaratdığı sabitlik hesabına mümkün olub. Ölkə gəncləri müstəqiliiyin daim keşiyində durmalı və onu qorumağı özünün ən birinci vəzifəsi hesab etməlidirlər. Prezident İlham Əliyev tərəfindən yürüdlən siyasət Azərbaycan gəncləri üçün böyük perspektivlər açıb və özünü təsdiq üçün unikal imkanlar yaradıb”-deyə F.Muradov çıxışında bildirib. 

 

Daha sonra yarışma başlanıb. Yarışmada  ilk 3 yeri tutan “Slon v udave”, “Falkon” və “Everset” komandalarına diplom və hədiyyələrlə təltif olunub. Bundan əlavə “Nə? Harada? Nə zaman”  yarışında ilk 8 yeri tutan komandalar  üçün tələbələr arasında Rusiya Çempionatının təşkilat komitəsinin üzvü Aleksandr Fingerovun rəhbərliyi ilə  “Breyn-rinq”  yarışının keçirilib.

 

Xatırladaq ki, "Bakının Birİncisi" yarışması - 2010" adlı "Nə? Harada? Nə Zəman?" gənclərarası yarışı 13 fevral 2010-cu ildə, "Bakının Birİncisi-2011" 16 Aprel 2011-ci ildə, "Bakının Birİncisi-2012" 12 may 2012-ci ildə, "Bakının Birİncisi-2013" isə 5 iyul 2013-cü ildə təşkil edilib. Bu turnir Beynəlxalq Klublar Assosiasiyasında lisenziya alıb və təşkilatın rəsmi tədbirlər siyahısına daxil edilib.

 





07.07.2014    çap et  çap et