525.Az

İqtisad Universitetində ixtisas seçimi ləğv olundu


 

İqtisad Universitetində ixtisas seçimi ləğv olundu <b style="color:red"></b> Bu gün Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov imtahan sessiyasının yekunu ilə bağlı qrup nümayəndələri, tələbələr və tədris bölmələrinin rəhbərinin iştirakı ilə görüş keçirib.

Universitetdən 525.az-a verilən məlumata görə, görüş zamanı imtahan sessiyasının təkmilləşdirilməsi istiqamətində tətbiq edilən dəyişikliklər barədə müzakirələr aparılıb, təkliflər dinlənilib.
 
Sonra tələbələri narahat edən məsələlər dinlənilib. Görüş iştirakçıları rektora daha çox ixtisas seçimi ilə bağlı suallar ünvanlayıb.
 
Universitet rektoru müraciətləri nəzərə alaraq ADİU-da ixtisas seçiminin ləğv edilməsi qərarını verib.
 
Yekun qərara əsasənƏ ADİU-da təhsil alan tələbələr ixtisas seçimi prosesində istədikləri istiqaməti seçə biləcəklər.
 





07.07.2014    çap et  çap et