525.Az

"Yahoo" işçilərinin 20 faizindən çoxunu ixtisar edir


 

"Yahoo" işçilərinin 20 faizindən çoxunu ixtisar edir<b style="color:red"></b>

ABŞ-nin internet xidmətləri şirkəti "Yahoo" işçilərinin 20 faizindən çoxunu ixtisar etməyi planlaşdırır.

525.az xəbər verir ki, işçilərin ixtisarı şirkətin reklam texnologiyaları bölməsinin restrukturizasiyası çərçivəsində baş tutacaq. İlin sonuna qədər işçilərinin 20 faizindən çoxunu ixtisar etməyi planlaşdıran "Yahoo"nun reklam texnologiyaları bölməsində çalışanların 50 faizi işini itirəcək.

"Yahoo"nun bu həftə 1000 nəfəri işdən çıxaracağı və ilin sonuna qədər iş itkilərinin sayının 1600-ü keçəcəyi gözlənilir.

Məhəmməd Tağıyev

 





10.02.2023    çap et  çap et