525.Az

Bayden Polşada 9 ölkənin lideri ilə görüşəcək


 

Bayden Polşada 9 ölkənin lideri ilə görüşəcək<b style="color:red"></b>

ABŞ Prezidenti Cozef Bayden fevralın 20-dən 22-dək Polşaya səfər edəcək, həmkarı Anjey Duda və “Buxarest doqquzluğu” ölkələrinin prezidentləri (“Buxarest doqquzluğu” NATO ölkələri – Polşa, Rumıniya, Estoniya, Litva, Latviya, Slovakiya, Macarıstan, Bolqarıstan, Çexiya) ilə görüşəcək.

525.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.

Onun sözlərinə görə, Bayden Polşa lideri ilə ikitərəfli əməkdaşlıq, həmçinin Ukraynanı dəstəkləmək və NATO-nun çəkindirmə imkanlarını gücləndirmək üçün birgə səyləri müzakirə edəcək.

Onun sözlərinə görə, Amerika lideri Rusiyaının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın ildönümü münasibətilə çıxış edəcək.

 





11.02.2023    çap et  çap et