525.Az

Çingiz Abdullayevin "Azğın ruhların şəhəri" işıq özü görüb


 

Çingiz Abdullayevin "Azğın ruhların şəhəri" işıq özü görüb<b style="color:red"></b>

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin "Azğın ruhların şəhəri" romanı Azərbaycan dilində işıq üzü görüb. Əsəri rus dilindən Məlahət Qənbərova tərcümə edib.

"Azğın ruhların şəhəri" romanı 90-cı illərin sonunda hüquq-mühafizə orqanlarının üzləşdiyi çətinliklərdən bəhs edir. Hadisələr Rusiyanın qonşu dövlətlə sərhəddə yerləşən şəhərində cərəyan edir.

Kiçik Qafqaz şəhərinin dinc həyatı qəflətən, gözlənilmədən dəyişdi: başkəsənlər bandası dağlardan endi. Sakinlər hədsiz dərəcədə qəddarlıqlar qarşısında köməksiz qaldılar: qətllər, soyğunçuluq, zorakılıq. Quldur dəstəsinin qarşısını kim alacaq? Şəhərdə cəmi üç milis işçisi var, onların da əli rüşvətə, oğurluğa və cinayətə batıb. Kömək çağırmaq mümkün deyil - telefonla əlaqə kəsilib... Nəhayət, başkəsənlərin yolunu kəsən bir nəfər tapıldı və bandanı planlı şəkildə məhv etməyə başladı - azğın ruhların şəhərində insan kimi qalan yeganə bir nəfər...

 





11.02.2023    çap et  çap et