525.Az

“Şəklinin arxasına yazmışdı ki, ölümündən bir gün qabaq”


 

“Şəklinin arxasına yazmışdı ki, ölümündən bir gün qabaq”<b style="color:red"></b>

İsaxan İsman oğlu Qəniyev 1985-ci il 11 noyabrda Şamaxı şəhərində anadan olub. Tərtər istiqamətində döyüşüb. Suqovuşan fatehlərindən idi. Azərbaycan Silahlı Qüvvələrinin giziri idi. Ailəli idi, iki oğlu, bir qızı yadigar qaldı.
 
Şəhidin Atası Qanıyev İsaman deyir ki, onların iki oğlan, iki qız övladı var:
 
O, orduya yazılanda biz çox söz söhbət etdik ki, sən getmə, oğul. Bir Polkovnik qohumumuz vardı, məndən xahiş etdi ki, bu uşağa icazə ver, getsin. Mən istəyirdim oğlumu Bakıya qaytaram, amma onun fikri eləcə müharibədə iştirak etmək və  o torpalarımızın azad olunması idi.Biz 2020-ci il 26 sentyabrında danışmışdıq, elə sevincək idi. Dedi, ata  27-si başlayacağıq. Oğlum sevə-sevə getdi ölümə. Çox sevirdi Vətəni, bu torpağı, milləti.
 
Oğlumun adına Şamaxı şəhərində bulaq kompleksi, küçə, orta məktəbdə sinif otağı var. Eləcə də yaxın günlərdə adının məktəbə verilməsi gözlənilir.
 
Yaşımızdan asılı olmayaraq hamımızın borcudur bu dövləti qorumaq. Nə qədər birlik olsa, o qədər gözəl olar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah Prezidentimizi, Ordumuzu qorusun!”
 
Şəhidin qardaşı Elvin deyir ki, qardaşı haqqında danışmağa saatlarla vaxt lazımdır:
 
“Dedi ki, mən də könüllü yazılmışam, İnşallah gedəcəyəm. Torpaqlarımızı azad edəcəyik. Sən uşaqlardan, evdəkilərdən muğayat olarsan, uşaqlarıma baxarsan. Qardaşım Aprel döyüşlərinə gedəndə bizə yığdı dedi ki, dua edin torpaqlarımızı geri alaq. Çox vətənpərvər, igid oğul idi.
 
Əsgər çəkməsi geyinməkdən onun ayaq dırnaqlarını çıxarmışdılar. Tərtərin Sarov kəndində idi. Deyiblər ki, Qaniyev səhər o başdandan döyüş başlayacaq. Döyüşə böyük sevinclə, həvəslə hazırlaşırdı. Deyib məni heç kəs saxlaya bilməz, mən gedəcəyəm. Çantasını yığdı, çəkmələrini geyindi, dedi ki, İnşallah müharibə başlayır, salamat qalın!
 
25 sentyabr 2020-ci ildə öz şəklinin arxasına yazmışdı ki, ölümündən bir gün qabaq. Elə bil bilirdi ki, bu son gedişidir, qayıtmayacaq, şəhadətə ucalacaq...”
 
Azərbaycan Ordusunun giziri olan İsaxan Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. İsaxan Qəniyev sentyabrın 27-də Tərtər istiqamətində Talış kəndinin gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

İsaxan İsman oğlu Qəniyev Vətən uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", "Laçının azad olunmasına görə”, "İgidliyə görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.



Ruhun şad olsun, igid qardaşım şəhid Qəniyev!

 





02.02.2023    çap et  çap et