525.Az

Azərbaycan manatının dövretmə sürəti cüzi artıb


 

Azərbaycan manatının dövretmə sürəti cüzi artıb<b style="color:red"></b>

Bu il yanvarın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,53 bənd təşkil edib.

Bu barədə 525.az Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 0,09 bənd az, 2022-ci ilin yanvarın 1-nə nisbətən isə 0,64 bənd çoxdur.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

 





11.02.2023    çap et  çap et