525.Az

Səhmləri ucuzlaşan "Alphabet" 100 milyard dollar itirib


 

Səhmləri ucuzlaşan "Alphabet" 100 milyard dollar itirib<b style="color:red"></b>

"Google"un ana şirkəti "Alphabet" fevralın 7-də təqdim etdiyi Bard süni intellekt chatbotunun verilən suallara yanlış cavab verməsindən sonra birjada 100 milyard dollar dəyər itirib. 

525.az xəbər verir ki, BBC-nin xəbərinə görə, "Bard"ı tanıdan videoda süni intellektli robot suallara səhv cavab verib. Tanıtım videosunda “9 yaşlı uşaq Ceyms Uebb Kosmik Teleskopunun kəşfləri haqqında nə deyə bilər?”, - sualına Bard: "Teleskop günəş sisteminin xaricindən ilk şəkilləri çəkdi", - cavabını verib. 

Bardın cavabı "Twitter"də ən çox müzakirə edilən mövzular arasında olsa da, süni intellektli robot təqdim edilməzdən əvvəl kifayət qədər sınaqdan keçirilmədiyi üçün tənqid edilib. 

Reklamdan sonra "Alphabet"in səhmləri birjada təxminən 9 faiz ucuzlaşıb. Bu, şirkətə 100 milyard dollara başa gəlib. "Google" mövzu ilə bağlı verdiyi açıqlamada: "Biz Bardın cavablarının real dünya məlumatlarında keyfiyyət, təhlükəsizlik və təkmillik üçün yüksək zolağa cavab verməsini təmin etmək üçün xarici rəyi öz daxili testimizlə birləşdirəcəyik", - ifadəsindən istifadə edilib.

Malik Atilay

 





11.02.2023    çap et  çap et