ABŞ-də qiymətlərini inflyasiya səviyyəsindən çox artıran dərman istehsalçıları 2025-ci ildən etibarən cəzalandırılacaq.
525.az xəbər verir ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi İnflyasiyanın Azaldılması Aktı çərçivəsində qiymətləri inflyasiyadan daha sürətli artıran əczaçılıq şirkətlərinə qarşı cəzaların tətbiqi ilə bağlı təlimat dərc edib. Açıqlamada fikirlərinə yer verilən ABŞ səhiyyə və insan xidmətləri naziri Xavier Bekerra amerikalıların eyni dərmanlara digər ölkələrlə müqayisədə 2-3 dəfə çox pul ödəməsinə heç bir səbəb olmadığını və hökumətin səhiyyə xidmətlərinin maliyyəsini azaltmaqda qərarlı olduğunu vurğulayaraq: "Reseptli dərmanların sürətlə artan qiymətlərini cilovlamaq üçün qiymətlərini inflyasiya sürətindən daha sürətli artıran əczaçılıq şirkətləri "Medicare Trust Fund"a geri ödəniş etməli olacaq", - deyib.
Bu kontekstdə mühüm tarixlərin də yer aldığı açıqlamada yanvarın 1-dən əczaçılıq şirkətlərinin bəzi dərmanlarda inflyasiyanı aşan qiymətlərin əvəzini ödəməli olduğu ilk 3 aylıq dövrün başladığı qeyd edilib.

Məhəmməd Tağıyev
çap et