525.Az

Azərbaycan Yazıçılar Birliyinin 80 illiyi ilə bağlı təəssüratlarım


 

Azərbaycan Yazıçılar Birliyinin 80 illiyi ilə bağlı təəssüratlarım <b style="color:red"></b> Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyinə Azərbaycan Yazıçılarının XII Qurultayına dəvət olunduğum üçün Bakıya getdim.

 

Yubiley çərçivəsində əvvəl Fəxri Xiyabana gedərək Heydər Əliyevin yazıçıların məzarını ziyarət etdikdən sonra Şəhidlər Xiyabanına getdik. Ziyarətdən sonra AYB-nin XII Qurultayının keçiriləcəyi təmirdən yenicə çıxmış Azərbaycan Dövlət Akademik Millli Dram Teatrına üz tutduq. Təmirdən əvvəl bu teatrın repertuarında xeyli tamaşalarına baxmışdıq. Hətta Tuncer CücənoğlununÇığəsəri burada səhnələşdirilmişdi.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev danışarkən səhnədə əyləşən İdarə heyətinin üzvlərinəyazıçı, şair, elm adamları, akademiklərFikrət Qoca, Elçin Əfəndiyev, Çingiz Abdullayev, Rəşad Məcid, Kamal Abdulla, İsa Həbibbəyli, Nizami Cəfərov, Rəfael Hüseynov, Sabir Rüstəmxanlı, Teymur Kərimli, Nəriman Həsənzadə, Zəlimxan Yaqub Vaqif Səmədoğlu Nazim İbrahimova nəzər saldım, hər birinin simasında ölkələrinə xidmət etməkdən doğan məmnuniyyət ifadə olunmuşdu.

 

Çıxışınıdanışa bilirəm, xərçəng mədəmdədi, dilimdə, ağlımda deyil” – sözlərilə başlayan Vaqif Səmədoğlu bizə Azərbaycan Yazıçılar Birliyinin yerləşdiyi binanın tarixindən bəhs edərkən atası şair Səməd Vurğundan da söz açdı.

 

Onu dinləyərkən əmin idim ki, o an hər kəs dünyasını dəyişən atasını, itirdiyi əzizlərini xatırlayır. Anar bəy atası Rəsul Rzanı, anası Nigar Rəfibəylini, Elçin Əfəndiyev İlyas Əfəndiyevi... Onlar da yazıçıdı... Mən atam inşaat mühəndisi Atilla Bayeri, psixologiya sosiologiya müəllimi anamı...

 

Bu, hər kəsi bir anlıq keçmişə aparıb yenidən bu günə qaytaran hər kəsin ruhuna toxunan bir çıxış idi...

 

Səksən il... Dillə söyləmək asandı tam səksən il... Bu rəqəm yalnız bir insan həyatı ömrü üçün deyil, bir qurum üçün çoxmu uzundudeyə düşündüm. Birdən məşhur şairimiz Fazil Hüsnü Dağlarca ilə olan söhbətimiz zamanı söylədiklərini xatırladım: “Həyat uzun, yaşam qısadır”. Necə doğrudur!

 

Azərbaycan nağılları (2005), “Sular günəşə nəğmə söylərkən”(2005), “Gəlinlik”(2006), “Klassiklərdən çağdaşlara”(2006”), “İyunda oxunan nəğmələr”(2006), “Xəzər sahilində yerlə göy”(2007), “Heydər Əliyev”(2008), “Dəli Kür”(2009), “Yaşıl gözlü qız” (2010)... Türkiyə türkcəsinə uyğunlaşdırdığım kitablar... Mustafa Kamal AtatürkNutuk”(2008) miniatür nəşri, Bakı... Azərbaycanın tanınmış ədəbiyyatçıları, bəstəkar, dirijor, rejissor, jurnalist siyasətçiləri, hətta Bakı Slavyan Universitetində dərs dediyiim tələbələrlə apardığım müsahibələrin Türkiyədə nəşr olunması, Azərbaycanla bağlı xeyli məqalə... Azərbaycanda dərc olunmuş yazılar... Türkiyədə Azərbaycanda alınan ödüllər... Zaman necə sürətlə keçib...

 

AYB-nin 7-18 iyunda keçirilmiş tədbirləri Xəzər dənizinin sahilində modern bir memarlıq üslubuyla tikilmiş Muğam Teatrında sona çatdı.

 

Bir il sonra gəldiyim Bakının Hava limanından başlayaraq xeyli dəyişildiyini gördüm. Küləklər şəhəri Bakıda modern memarlığın bütün xüsusiyyətlərini özündə birləşdirən  çoxlu sayda göydələn ucaldılmışdır.

 

Yeni binalara tamaşa edərkən, görəsən insanlar yazmaqla, binalar ucaltmaqla eyni məqsədə xidmət etmirlərmideyə düşündüm. Bunların hamısının xidmət etdiyi məqsəd hamsında eyni deyilmi? Bizim üçün əhəmiyyətli olan şeylərin tarixin səhifələrinə bir iz kimi düşməsi... Yalnız sözlər deyil, maddi abidələr, eyni zamanda rəng, dekorasiya, beton, şüşədən istifadə etməklə inşa edilən binalar da unudulmamaq üçün deyilmi? (hətta məzarlar da!)

 

Qədim binalara gəlincə... Orda yaşamış insanların həyatına, yaşayışına, ev sakinlərinin divarlara hopmuş duyğu düşüncələrinə səssizcə şahidlik etməyə davam edir, elə  Azərbaycan Yazarlar Birliyinin tarix qoxan binası kimi...

 

Azərbaycan Yazarlar Birliyinə yenidən sədr seçilən Anar müəllimi, Birinci katib Fikrət Qocanı, katib Arif Əmrahoğlunu (tezliklə şəfa diləyirəm), katib Çingiz Abdullayevi, katib Rəşad Məcidi sədr müavini Nazim İbrahimovu təbrik edirəm.

 

Azərbaycan Ağsaqqallar Şurası, İdarə Heyəti Təftiş Komissiyasının üzvlərini təbrik edir işlərində uğurlar diləyirəm.

 

Ataköyqəzeti

3 iyul 2004, İstanbul

 





07.07.2014    çap et  çap et