525.Az

Media azadlığı media məsuliyyəti fonunda


 

Media azadlığı media məsuliyyəti fonunda<b style="color:red"></b>

İnanılmaz: İŞİD Kəbəni yıxmağı qərara alıb!”, “Şok! Ata qızını zorlayıb!...”,  Dəhşət: 16 yaşlı qız özünü 13- mərtəbədən atdı!”, “18+: Lesbiyan modeldən çılpaq fotosessiya!”...

Son zamanlar İP giriş sayı ilə öyünən əksər saytları açırsan ... vəziyyət məhz bu sayaqdır. Sünixəbər bolluğugörüntüsündə bircəDəhşət: əri döymüş arvadı it tutdu bir yandanməsəlini informasiyaya çevirmək qalıb. Amma elə kaş ki, heç olmasa, belə məsəllər xəbər başlığı olaydı... Ən azından folklorumuza bələd olmaq imkanı baxımından.  Bəs yuxarıdakı başlıqlar altında nəyi hansı dərəcədəöyrənirik?”

Yəqin fikir verdiniz, aqressiv xəbər başlıqları yazını istər-istəməz emosional tonla başlamağıma səbəb oldu. Deməli, “partlayışmətbuatının apardığısiyasətnəticəni çox gözlətmir, zorakılıq, aqressiya, aşırı emosiyalar adekvat reaksiyalar doğurur: təsir əks təsirə bərabərdir... bu təsiri bu gün təkcə fərdlər deyil, bütöv cəmiyyət öz üzərində hiss etməkdədir. Fransız ədibi Alfons Dodenin öz xalqına aid etdiyi ifadəni, yəqin ki, həm bəzi mətbu orqanlarımızın indiki durumuna şamil etmək olar: “Cəmiyyətimiz partlayıcı maddədən təhlükəli olan söz ilə qorxulu oyunlar oynamaqdadır”. Amma əlbəttə ki, baş verən situasiya, mövcud vəziyyət şişirdiləndə artıq dövriyyədəki azad söz olmur, kimlərəsə  silah olur.

Liberallıqtəbliğatı, yoxsa tabuları sındırma cəhdləri?

Mediamızınburaya bütövlükdə həm çap mətbuatı, həm elektron informasiya vasitələri, həm radio televiziya kanalları, həm sosial şəbəkələr aid edilir  hazırkı durumunun bir neçə il əvvəllə müqayisəsini aparsaq, müsbətə doğru irəliləmə ilə yanaşı, xeyli çatışmazlığın da şahidi olarıq. Mətbuatımızda, xüsusilə elektron informasiya vasitələrində insest, suisid hadisələri, müxtəlif  zorakılıqlar, şok dəhşət effekti yaratmağa hesablanmış məlumatlar, eləcə kontekstdən çıxarılaraq mövzudan uzaq düşən erotik, açıq-saçıq başlıqlarla təqdim olunan informasiyalar (onların da bəzən böyük faizi dezinformasiya olur) kəmiyyət etibarilə, əvvəlki dövrlərə nisbətən, xeyli artıb. acınacaqlı burasıdır ki, artıq belə məlumatlar oxucu, tamaşaçı üçün adiləşib, ona görə daha yüksəkdozatələb olunur. Səbəb isə mətbuatımızda media nümayəndələrinin (ya da yalnız İP sayı gəlirlər haqqında düşünən media rəhbərlərinin)  bəzən fərqinə belə varmadan (bəzən qəsdən), qoşulub yürütdüyüOverton pəncərəsimexanizminin reallaşmasıdır.

NədirOverton pəncərəsi”?

İngilis rusdilli internet mənbələrindəOverton pəncərəsini hər şeyin (hətta bəzən ağlasığmaz mümkünsüz görünənlərin) leqallaşdırılması, cəmiyyət tərəfindən tabu kimi qəbul  edilmiş məsələlərin adiləşdirilməsi texnologiyası kimi səciyyələndirirlər. “Mackinac Centerictimai-siyasət mərkəzinin birinci vitse-prezidenti, 2003- ildə təyyarə qəzasında həlak olan Jozef Overtonun ölümündən sonra  Overton pəncərəsiadlı, ictimai rəydə hansısa problem haqqında təsəvvürlərin dəyişməsi (bəzən köklü şəkildə) adlı model formalaşdı. Həmin müəllif cəmiyyətə tamamilə yabançı olan, bəşəriyyətin rədd etdiyi ideyaların dəyərlər sistemindən götürülərək təmizlənməsi mərhələli aparılan proses şəklində leqallaşdırılmasının əhatəli şəkildə təsvirini verib.

 

Onun fikrincə, hər hansı ideyanın gerçəkləşdirilməsi üçün imkan pəncərəsi hər zaman mövcuddur.

 

Bupəncərərakursundan yanaşanda hətta qəbuledilməz kimi görünən ideyanı ortaya atmaqla, sonra açıq-aşkar dəstək verməklə, daha sonra təbliğini aparmaqla hətta qanunvericilikdə təsdiqinə nail olmaq mümkündür. Buradaca qeyd etmək yerinə düşər ki, dünyada artıq adiləşmiş kimi görünən homoseksualizmin, eynicinsli nikahların qanuniləşdirilməsini mətbuatda məhz Overtonun təsvir etdiyi şəkildə həyata keçirilmiş prosesin nəticəsi hesab etmək olar. Bu yaxınlarda həm ölkə mediasında, həm dünya mətbuatında geniş müzakirə mövzusu olmuş bir hadisə  nüfuzlu çox izlənillənEvrovisionmahnı yarışmasında cinsi azlıq nümayəndəsinin qalib seçilməsi hardasa Overton sisteminin necə böyük sürətlə irəliləməsinin parlaqnəticələr verməsinin sübutudur. Mətbuatdan senzuranın götürülməsindən sonra, ifrat sərbəstlik meyli ilə həyata keçirilən Overton mexanizmi sayəsində beyinləryuyulur cəmiyyətin şüuruna insest, zorlama, pedofiliya, uşaq evtanaziyası, kütləvi sekta intiharları pillə-pillə, mərhələli şəkildə elə yeridilir ki, artıq bu sadalananlar belə cəmiyyət üçün adiləşir, təəccüb ikrah doğurmur, az qala normal qəbul edilir. Cəmiyyət yumşalır, yumşala bildiyi qədər bu prosesliberallaşmakimi qələmə verilir. Təəssüf ki, mərhələli aparılan bu prosesdə KİV-lər aparıcı, başlıca rolu öz üzərinə götürüb, yaxud da cəmiyyətin tələbi ilə bumissiyazorla mətbuatın boynuna qoyulub. Əslində burada cəmiyyət-mətbuat, tələb-təklif prosesi qarşılıqlı gedib. İndi isə cəmiyyət mətbuatı, televiziyaları zövqü bayağılaşdırmaqda qınayır, mətbuat isə cəmiyyətin məhz belə media arzusunda olduğunu, sensasiya, qalmaqal tipli məlumatlara meylini vurğulayır, bunun reytinq cədvəlində, İP göstəricilərində öz əksini tapdığını qeyd edir. Qarşılıqlı suçlamalar fonunda isə belə bir mənzərə alınıb: formatın necəliyindən asılı olmayaraq, bir çox media orqanını, saytların isə tam əksəriyyətini səviyyəli ortamda, ailə mühitində oturub oxumaq mümkün deyil...

 

 

Empati nəzəriyyəsi yaxud xəbər yayan özü xəbərə çevrilərsə...

 

 

Bəzi media mənsubları hətta şəxsi həyatın toxunulmazlığı prinsipini pozaraq İP yığmaq, reytinqdə birinci olmaq adına, hərdən kimlərinsə həyatı, heysiyyəti əsəblərilə oynadıqlarının fərqində belə olmurlar. Bir anlıq təsəvvür edək ki, kiminsə yaxud nəyinsə haqqında əsassız, dedi-qodu xarakterli, qalmaqal yaradacaq informasiyanı yayan (daha çox hallarda isə bu informasiyanı süni olaraqyaradan”) media mənsubu özü bu halla qarşılaşır. Bir gün hansısa qəzeti açır, yaxud hansısa sayta daxil olur ... özü haqqında həqiqətə uyğun olmayan, şayiə xarakterli, ictimai nüfuzuna xələl gətirəcək, amma iyrənc qorxunc nəsə oxuyur! Bu, hər birimizin başına gələ bilər. O halda özümüzü necə apararıq, hansı hissləri keçirərik? Yalnız empati nəzəriyyəsi iləbaşqasının duyğu düşüncələrini hiss etməklə, özümüzü başqasının yerinə qoymaqla bunu anlamaq olar. Jurnalist olaraq tirajladığımız xəbəri, yazdığımız informasiyanı dəqiqləşdirmədən, sırf sensasiya naminə yayanda, empati ilə yanaşı, bir məsuliyyət hiss eləməliyik. Hətta qanun çərçivəsində hərəkət etmiş olsaq belə, humanizm prinsipini ağlımızın bir ucunda tutmaq kimi mənəvi borcumuz var. Media qədər azad olsa da, bu azadlığın ədalət prinsipinə əsaslanmalı olduğunu, kiminsə azadlığının sərhədlərində bitdiyini unutmamalıyıq.

 

Bernard Şou yazır ki, azadlığın əsas mahiyyəti məsuliyyət deməkdir, buna görə ondan qorxurlar. Bu fikir media azadlığına da eyni dərəcədə aiddir. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin senzuranı tamamilə ləğv etməsi mətbuatın inkişafı yolunda atılan ən mütərəqqi addımlardan idi.

 

 

Senzuranın ləğvi ilə medianın üzərinə daha artıq məsuliyyət qoyuldu

 

 

mətbuat, söz azadlığının daha çox mənəvi anlayış çərçivəsində, daxili senzura sərhədlərində qavranılmasını zəruri etdi. Sanki kənar nəzarətin ləğvi ilə jurnalist daxili özünənəzarət mexanizmini daha fəal şəkildə işə salmağa, məsuliyyətini birə-beş artırmağaməcbur oldu”.

 

Ölkəmiz müharibə şəraitində yaşayır, bu, mətbuatımıza da öz təsirini göstərir. Jurnalistlərimiz hərbi məsələlərlə bağlı informasiyaların yayımında da maksimum sayıq olmağa çalışmalıdırlar. Bir neçə il öncə bir jurnalistin məsuliyyətsizliyi ucbatından vacib hərbi məlumatın mətbuatda getməsi, Ermənistan ərazisində aparılan məxfi əməliyyatın iflasa uğraması ilə bağlı yayılan xəbər unudulmamalıdır.

 

Torpaqlarının 20 faizi işğal edilmiş ərazisində qondarma respublika, separatçı rejim fəaliyyət göstərən bir ölkənin mətbuat nümayəndələri olaraq, başqa ölkələrlə bağlı analoji problemləri işıqlandırarkən, de-fakto de-yure tanınmayan separatçı rejimlər, terrorçu qruplaşmalar haqqında bəhs edərkən diqqətli olmalıyıq.  

 

Mətbuat azadlığı bizə cəmiyyət həyatındakı tənqidi məqamları, problemləri diqqətə çatdırmaq, qabartmaq üçün yaradılmış bir şansdır o şansdan istifadə edərkən həm məsələnin mənəvi, etik tərəfini nəzərdə saxlamağa borcluyuq. Bu, həm peşəkarlığın artırılması istiqamətində bəlli meyarlar tələb edən məsələdir. Axı özünəpeşəkardeyən jurnalist ucuz uydurma sensasiyanın köməyilə imza təsdiqlətmək yolunu seçmir. Bunun üçün başqa çoxdan təsdiqlənmiş uğur vasitələri, inkişaf ölçüləri var. Özünümaarifləndirmə, özünüsenzura, fərdi elmi mənəvi potensialı inkişaf etdirməklə mətbuatdakışok tendensiyasından sivil demokratik ölkələrdə olduğu kimi normal, analitik jurnalistikaya keçid edə bilərik. Müasir KİV- qeyri-etik halların sürətlə artan tendensiyası ayrı-ayrı şəxslərin, sayt rəhbərlərin, qəzet baş redaktorlarının, televiziya, radio direktorlarının reklam gəlirlərini artıra bilər bəlkə. Ancaq bu gün üçün qazanılan bu paraların min misli belə sabah qoyulsa, cəmiyyətdə media vasitəsilə bəzən bilməyərəkdən, bəzən məqsədli şəkildə aparılan deqradasiya proseslərinin, mənəvi aşınmaların acı nəticələrini aradan qaldırmağa kifayət etməyəcək. Mediamızda baş verən hazırkı proseslər uzun zaman üçün qurulmuş bombanı xatırladır. əksər hallarda bombanı quranların özləri hesablanmış, hədəfə alınmış qurbanlarla bərabər göyə sovrulur. Qeyri-etik, mənəviyyatdan uzaq, məzmundan, mahiyyətdən məhrum, dəhşət hissi, şok effekti yaratmağa hesablanmış, seksual zorakılığı, dini, irqi, milli cinsi ayrı-seçkiliyi təbliğ etməyə yönəlmiş materiallar, süni xəbərlər mediada bir növ kamikadzelikdir.

 

Belə bir fikir var ki, yaxşı qəzet millətin özünün özü ilə söhbətidir. Busöhbəti adi dedi-qodu səviyyəsinə endirib həyatımızı cəhənnəmə çevirmək , yaxud ciddi mətləblərdən, problemlərdən daha insanca, vicdanla söz açmaq, xeyirə xidmət etmək öz əlimizdədir.

 

Sevinc MÜRVƏTQIZI

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar  elan etdiyi müsabiqəyə təqdim olunur.

 





07.07.2014    çap et  çap et