525.Az

“Hicab məsələsi islamın təməl prinsipləri, ilkin şərtləri sırasında yer almır”


 

Millət vəkili Gövhər Baxşəliyevanın "525"-ə müsahibəsi

“Hicab məsələsi islamın təməl prinsipləri, ilkin şərtləri sırasında yer almır” <b style="color:red"></b>

Gövhər xanım, son illərin ən çox müzakirə edilən, dəfələrlə gündəmə gətirilən mövzularından biri hicab, çadra məsələsidir. Müəyyən qisim ali orta-ixtisas məktəblərində, dövlət idarə müəssisələrində hicab geyinməyin  mümkünlüyünə tərəfdar çıxsalar da, müəyyən qisimdin bunun yolverilməz olduğunu söyləyir. Siz bu haqda deyərdiniz?

– Hicab mövzusu tarixən mübahisəli, müəyyən dövrlərdə isə hətta, qalmaqallı məsələ olub. Hazırda islam ölkələrində, ruhanilər, ilahiyyatçılar fikir adamları arasında bu məsələyə radikal baxışlarla yanaşı, liberal yanaşmalar da mövcuddur. Ən əvvəl onu demək lazımdır ki, qadınların örtünməsi faktına islamdan çox-çox öncə müxtəlif dinlərdə ölkələrdə rast gəlinir, yəni bu, islamın gətirdiyi onun inhisarında olan bir məsələ deyil. Məşhur tarixçi filosof Uilyam DürantSivilizasiya tarixiadlı çoxcildlik kitabında yəhudilikdə hicabın tətbiq olunduğunu Talmudda bunun qanun şəklinə salındığını göstərərək, yazır ki, əgər hər hansı bir yəhudi qadın bu qanunu pozmaq fikrinə düşsəydi, məsələn, başına bir şey örtmədən camaatın arasına çıxsaydı, kişilərlə söhbət edib ucadan danışsaydı onun səsini qonşular eşitsəydi, onda o qadını başlıq vermədən boşayardılar. “Tövratda, daha konkret desək, “Yaradılış kitabındaİbrahim peyğəmbərin zamanında hicaba riayət olunduğuna dair aydın işarələr var. Dürant həmçinin qədim İranda Dariyuşun zamanından etibarən xüsusən varlı təbəqədən olan qadınlar arasında ciddi hicab qaydalarının hökm sürdüyünü göstərir. Qeyd etmək lazımdır ki, İran ərazisində qadının geyiminə münasibətlərinə qoyulan məhdudiyyətlər Sasanilər dönəmində daha da sərtləşib daha geniş sosial təbəqələri əhatə edib. Tarixi qaynaqlar islamdan öncə Hindistanda Bizansda da hicabın müxtəlif formalarının mövcud olduğunu göstərməkdədir. Beləliklə, qadınların bədənini, başını üzünü örtməsi bəşər cəmiyyətinin inkişafının müəyyən mərhələsində meydana gələn mədəni-ictimai hadisədir onun tətbiqi din amili ilə bağlı olmaya da bilər. Tədqiqatçılar bu problemi çeşidli yönlərdən açıqlayaraq, hicabın tətbiqini müxtəlif səbəblərlə izah ediblər. Həmin səbəblər bu şəkildə qruplaşdırılır: Guşənişinlik tərkidünyalığa meyl (fəlsəfi səbəb); Təhlükəsizlik sosial ədalətin olmaması (ictimai səbəb); Kişinin ailədə hökmranlığı qadını öz mənafeləri üçün istismar etməsi (iqtisadi səbəb); Kişinin qısqanclıq hissi eqoizmi (əxlaqi səbəb); Qadın orqanizmində hər ay təkrarlanan fizioloji prosesin onun yaradılışca kişi ilə müqayisədə nöqsanlı olması barədə təsəvvürlər həmin proses dövründə onunla ünsiyyətdən çəkinilməsi (psixoloji səbəb) Müsəlman müəllifləri islami hicabın qeyd olunan səbəblərin heç biri ilə əlaqədar olmadığını, tam fərqli əlahiddə xarakter daşıdığını, ilahi hikmətin təzahürü kimi meydana çıxdığını sübut etməyə çalışsalar da, onun əvvəlki mədəniyyətlərin (xüsusən İran Bizansın) təsirinə məruz qaldığını etiraf edirlər.

Təsadüfi deyil ki, bir çox müəlliflər hicri tarixin birinci əsrində hicaba o qədər də önəm verilmədiyini, qadın və kişilərin bir-birilə görüşdüyünü, küçədə birgə getdiyini, məsciddə birlikdə namaz qıldığını yazıb, yalnız xəlifə II Vəlidin dövründə hicabın qanun şəklində tətbiq olunduğunu vurğulayıblar.

Ümumiyyətlə, islamın yayıldığı geniş regionda hicaba baxış müxtəlif olub, yerli adət-ənənələrin təsiri ilə onun çeşidli formaları meydana gəlib. Başqa tipli faktlar da olub: islamı 10-cu əsrdə qəbul etmiş Volqaboyu tatarlarda hicaba bütövlükdə riayət olunmayıb. Hicabın tətbiqi Yaxın Orta Şərqdə, Mərkəzi Asiyada daha sərt şəkildə həyata keçirilib burada təzyiq, məcburiyyət zorakılıq faktoru az rol oynamayıb.

Ötən əsrin 20-ci illəri Orta Şərqdə qadın azadlığı və bu kontekstdə hicabsızlıq uğrunda mübarizənin ən qızğın çağları olub. Türkiyədə Mustafa Kamal Atatürk, Əfqanıstanda Əmanulla xan, İranda Rza şah bu mübarizənin önündə gedirdilər. Maraqlıdır ki, həm Əmanulla xan, həm Rza şah bu işə öz ailə üzvlərindən başlamaqla, cəmiyyətə bir növ nümunə göstəriblər. Digər düşündürücü məqam ondan ibarətdir ki, həmin dövrdə sovet Azərbaycanında da qadınların çadradan xilas olması uğrunda analoji mübarizə gedirdibu, onu göstərir ki, həmin mübarizə siyasi sistemlərdən dövlət quruluşlarından asılı deyildi, obyektiv tarixi inkişafın özünün məntiqi ilə diktə olunurdu.

1928-ci ildə İran parlamenti hicabın qadağan edilməsi barədə qanun qəbul etdi. Bu, İran qadınlarının ictimai həyata sürətli inteqrasiyasına təkan verdi. Sonralar, ötən əsrin 40- illərində Məhəmmədrza Pəhləvi din xadimlərinin təzyiqi ilə həmin qanunu ləğv etdi. Bir neçə onillik ərzində ölkədə hicabı qadağan, yaxud məcburi edən hüquqi baza olmadı. Məsələ bir 1979-cu il inqilabından sonra gündəmə gəldi. Radikal dini dairələr hicabın məcburi şəkildə tətbiq olunmasına dair çağırışlar səsləndirməyə başladılar. Həmin dövrdə (1979-cu ilin martında) rəsmiEttelaatqəzetində ayətullah Mahmud Taleqani ilə hicabla bağlı geniş müsahibə dərc olundu. “Hicab məsələsində məcburiyyət yoxdurbaşlığı ilə manşetə çıxarılan həmin müsahibə dövlət idarələrində hicabın məcburi tətbiqinə dair hökmə etiraz idi. Lakin mütərəqqi düşüncəli ruhanilərin səsi tezliklə boğuldu radikal dairələrin mövqeyi üstün gəldi. Bu gün məhz həmin radikal dairələr Azərbaycanda guya hicab probleminin mövcudluğu barədə hay-küy qoparırlar. Qəribə burasıdır ki, hicab az qala islami kimliyin təməli, müsəlmanlığın ən mühüm göstəricisi kimi qələmə verilir, onunəldən getməsiimanın, namus qeyrətin süqutu kimi təqdim olunur.

Sizcə, doğrudanmı belədir? Bəs müqəddəs kitabımızQurani-Kərimbu barədə deyir?

– Qeyd etmək lazımdır ki, “hicab” sözü Quranda bugünkü mənasında deyil, müxtəlif kontekstlərdə əsasən “pərdə” mənasında işlənir. Yalnız, bir yerdə – “Əhzabsurəsinin 53- ayəsində bu söz qadınlarla, daha dəqiq desək, peyğəmbərin zövcələri ilə əlaqədar işlənib. (“Peyğəmbərin zövcələrindən bir şey istədiyiniz zaman pərdə arxasından istəyin”). İslami ədəbiyyatdahicab ayəsidedikdə məhz bu ayə nəzərdə tutulur.

“Hicab” sözünün indiki, yəni qadın örtüyü mənası ilə bağlı isə Quranda iki ayə var. BunlarNursurəsinin 31-ci Əhzabsurəsinin 59-cu ayələridir. Daha öncə nazil olmuş birinci ayədə deyilir: “Mömin qadınlara de: Gözlərini naməhrəmə baxmaqdan çevirsinlər, ayıb yerlərini örtülü saxlasınlar, öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər, baş örtüklərini yaxalarına çəksinlər... Öz ayaqlarını yerə elə vurmasınlar ki, gizlətdikləri zinətlər bəlli olsun...”. Burada baş örtüyü mənasındaxumar” (daha doğrusu, onun cəm şəklixumur”) işlədilib. Həmin örpəyin konkret şəraitlə ərəb mühiti ilə bağlı olduğunuKəşşafa istinadən Mütəhhəri qeyd edir...“Əhzabsurəsinin 59-cu ayəsi daha konkret sosial şəraitlə ictimai amillərlə bağlıdır. Həmin ayədə deyilir: “Ey peyğəmbər! Zövcələrinə, qızlarına möminlərin arvadlarına de ki, örpəklərini gözlərinə yaxınlaşdırsınlar. Bu onların tanınmaları əziyyətə məruz qalmamalı üçün daha münasibdir”.Yəni, demək istəyirəm ki, bütün bunlar məsələnin konkret tarixi şərait sosial strukturla sıx bağlı olduğunu aydın göstərməkdədir. Əlbəttə, mən heç hicabın islamda vacib olmadığı təsəvvürü yaratmaq fikrində deyiləm. Bura qədər dediklərimlə sadəcə, iki məsələni qabartmaq istəyirəm. Birincisi, hicab məsələsi qədər vacib sayılsa da, islamın təməl prinsipləri ilkin şərtləri sırasında yer almır. İkincisi, Quran hədislərdə azyaşlı qızların hicaba riayət etməsi, örtünməsi kimi göstəriş yoxdur. Əksinə, bir çox hədislərdə, əski osmanlıca da işlənən ifadə ilə desək, qızlarınçarşaba girməsiüçün yetkinlik yaşına çatmasının vacibliyi vurğulanır.

– Bəs onda bəzi qrupların hicabın orta məktəblərə girməsi üzərində təkid etməsi nə dərəcədə düzgündür?

– Əlbəttə, düzgün deyil və ümumiyyətlə, bu yöndə cavabını gözləyən çoxsaylı suallar ortadadır. Məsələn, həddi-buluğa çatmamış bir qızın ailə üzvlərinin, qohumlarının tapşırığı, təzyiqi əsasında örtünməsi dinin tələblərinə uyğundurmu? Axı o uşaq dinin mahiyyətini, Quranın hikmətini zaman anlayıb dərk etdi ki, indi hicaba riayət etsin?

İstənilən halda hicab məsələsinə tarixi-ictimai şərait nəzərə alınmaqla yanaşılmalıdır. Köhnə çağlardaqadınların əsasən evdə oturduğu, uzağı həyətyanı sahəsində çalışdığı vaxtlarda bu məsələ nisbətən rahat həllini tapır, sosial-psixoloji konfliktlərə meydan açmırdı. İndi isə qadınlar total şəkildə ictimai həyata cəlb olunub. Azərbaycanda ictimai həyat dünyəvi prinsiplərlə tənzimlənir. Kimin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, hicabla mübarizə qadın azadlığının, bütövlükdə modernləşmənin tərkib hissəsi kimi, çağdaş şərtlərlə ayaqlaşmaq istəyinin təzahürü kimi baş tutub. Bu, tarixdir, tarixin gedişatıdır. Tarixin təkərini isə geri qaytarmaq mümkün deyil.

K.HƏMZƏOĞLU

 





07.07.2014    çap et  çap et