Azərbaycan könüllülərindən ibarət Türkiyəyə yola düşən birinci qrup zəlzələ bölgəsində fəaliyyətə başlayıb.
525.az xəbər verir ki, könüllərimiz öz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edirlər.