525.Az

Ukrayna: Rusiyanın atdığı 71 raketdən 61-i məhv edilib


 

Ukrayna: Rusiyanın atdığı 71 raketdən 61-i məhv edilib<b style="color:red"></b>

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın ölkənin kritik infrastrukturlarına hücumları zamanı atdığı 71 raketdən 61-nin məhv edildiyini bildirib. 

525.az xəbər verir ki, komandanlıqdan verilən yazılı açıqlamada, Rusiya qüvvələrinin Ukraynanın kritik əhəmiyyət daşıyan infrastrukturuna geniş raket hücumları həyata keçirdiyi bildirilib. 

Açıqlamada Rusiya ordusunun Xəzər dənizi və Rusiyanın Volqodonsk şəhəri tərəfindən 8 Tu-95MS strateji bombardmançı təyyarəsi ilə Ukraynanı havadan vurduğu qeyd edilib. Rusiya qüvvələrinin Qara dənizdəki gəmilərindən “Kalibr” qanadlı raketləri atdığı bildirilən açıqlamada: "Düşmən səhər saat 11:30-a kimi 71 qanadlı raket atıb. Ukrayna Hərbi Hava Qüvvələri 61 raket və 5 kamikadze pilotsuz uçuş aparatını məhv edib", - məlumatı paylaşılıb.

Malik Atilay

 





13.02.2023    çap et  çap et