525.Az

İraqın indiki vəziyyətində parlament tətilə çıxıb


 

İraqın indiki vəziyyətində parlament tətilə çıxıb<b style="color:red"></b> Bir neçə ay önə seçilmiş İraq parlamenti birinci iclasdan sonra avqustun 12-dək toplantıları dayandırıb.
 
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu qərar İraqın ərazi bütövlüyü təhlükə ilə üz-üzə olduğu, vətəndaş savaşının gücləndiyi bir vaxtda qəbul edilib.
 
Deputatlar birinci iclasda hökuməti formalaşdıra bilməyib. Kürdlərini və sünnilərin təmsilçiləri indiki baş nazir Nuri əl-Malikinin koalision hökumət qurulması təklifinə etiraz olaraq, parlament zalını tərk ediblər.
 





08.07.2014    çap et  çap et