525.Az

7 qəzəl


 

7 qəzəl<b style="color:red"></b>

Varlı Tanrım, var olandan hər varsa Səndədi,

Hər dəm içrə aşiqanə ararsam Səndədi.


Oldedin aləmlərə bir anda oldu, şəninə

Həmdi-sənam mənzilinə gər çatarsa Səndədi.


Yatmış
idim, Sən oyatdın, sirrini faş eylədin,

Bildim axır hardasa bir sirr yatarsa Səndədi.


Nurunun
hökmüylə gəldi hasilə güvənliyim,

Day qorxum gəlsə zülmət, gün batarsa Səndədi.


Vəhyinə
möhtacdı könlüm eylə lütf bu bəndənə,

Endir ayətlərini birər-birər, say Səndədi.


Yeddi
göyün yeddi vərəq, hopmuşam Kitabına,

O böyük Gün öncəsində qatlanarsa Səndədi.


Büdrəmək
yox eşq yolunda çün Sən oldun yar mənə,

Ürəyi Nərimanın hey atlanarsa Səndədi.


lll


Musiqidir
könlüm özü bəstələnsin, məndədi.

Bu, mənim öz məclisimdir, cuşa gəlsin, məndədi.


Kim
ola Tanrıdan özgə anlaya əhvalımı?!

Olmaz heç kim, çün O-nun tək sevgilisi məndədi.


Gün
ki, gəldi aşıq oldum göylərin sultanına,

Yer üzünün hər sevinci, hər çiləsi məndədi.


Şükranam
Rəbbim Sənə, əsirgəmə Öz lütfünü,

Dəryalarca hikmətindən bir giləsi məndədi.


Qəlbi
sərt kafir dəxi həp əfsunumda yumşalar,

Uymasın da neyləsin bəs, din tələsi məndədi.


Könlümün
təranəsində rəqs edir səyyarələr,

Zınqırovla yol gedən söz qafiləsi məndədi.


Ruhu
Səndə, ya Rəbbi, Nərimanın duasının,

Ölçüsü, qəlibi, vəzni, qafiyəsi məndədi.


lll


Yoxdun
heç vaxt, gəldi vaxtın, ol deyirəm, olginən,

Qoy səninlə dolsun aləm, dol deyirəm, dolginən.


Yoxdu
yurdun, nur içində gəl sığın dərgahıma,

Yer verim gün altda məskən sal deyirəm, salginən.


Yar
ararsan, yarın ollam, məndən özgə day yar,

Qaç hamıdan, qal yanımda, qal deyirəm, qalginən.


Paylaşım
səninlə hərdən sirrini qeybin belə,

Sirdaşından eşq payını al deyirəm, alginən.


Həmdəm
ol gəl bir dəm içrə könlümün rübabına,

Al əlinə mizrabını, çal deyirəm, çalginən.


Ayrı
dəmdi, gəl üzülmə ayrılıq yaxındadı,

Bir qərinə bil bu dəmi, bil deyirəm, bilginən.


Qəmli
baxdın, lərzə saldı qəhqəhəm insü-cinə,

Ol şərik bu zəlzələyə, gül deyirəm, gülginən.


Öylə
güldün gültək açdın, ətrindən bayıldılar,

Sol ki, aləm qoy ayılsın, sol deyirəm, solginən.


Ayət
-ayət keçdi səndən, ötdü səndən misralar,

Qasımoğlunun imzasın sil deyirəm, silginən.


lll


Durmuşam
bir yağmur altda, halımı yozan ola,

Eşqə təşnə tənimə tən tazələnmiş can dola.


Yağdı
, yağdı, bircə anda qapsadı aləmləri,

Könlümün hər guşəsinə eşq ilə leysan dola.


Nəğmələndi
, eylərəm nuş bir şirin şırıltını,

Hər ibadət vaxtıma bax böylə bir azan dola.


Gəl
Nuhum, İbrahimim, Musam, İsam, Məhəmmədim,

Söz cücərdək bu yağışda ayəti-Quran ola.


Tut
yağışdan, çıx göyə, Rəbbin uca dərgahına,

Misra-misra yağ yerə abi-həyat seylan ola.


sinəni, vəftiz ol şəklini çəksin ildırım,

Surətinlə gözləri vəftizlənən cahan ola.


Bitdi
yağmur, Qasımoğlu, növbə səndə, dol-boşal,

Bir ulu eşq söhbətində Nəriman ünvan ola.


lll


Çulğayıb
almış içinə şeirimi bir eşq dəmi,

Çünki lövbər salmış artıq göy üzündə söz gəmim.

 

Bir hicab dalından açmış insana Rəbb eşqini,

Bir işıq salır gözümə ol hicabı tül kimi.


Olmuşam
bir eşq əsiri, sözlərim qandallaya,

Məhbəsi-eşq eyləyə aləmləri nağıl kimi.


Öylə
çəkdim eşq cəfasın, başqa şair çəkmədən

Şeirimə baş vursun ancaq eşqə tuş bir yol kimi.


Çatdı
şeirim ayət ilə xoş vüsala dəmbədəm,

Ərməğandı əhli-eşqə bir ətirli gül kimi.

 

Çıx şeir bazarına, qaldır göyə qiymətləri,

Qıl əlacın, yapma söz dövriyyədə qəlp pul kimi.


Satlıq
hikmət oldun artıq, Qasımoğlu, kar götür,

Bir könül hərracına çıxar özünü qul kimi.


lll


Yazdı
Tanrı ayətimi, bax üzümə, bax oxu,

Sil gözündən zülməti bu gördüyünlə yax oxu.


Vermə
dostum fürsəti fövtə bihudə, arif ol,

Az qalib qiyamətə day, gəlmədən o çağ oxu.


Hikmətinlə
Rəbbimin qızın, qızındır çeşmini,

Söləsi üzümdədir, yanır qüdsal ocaq, oxu.


Çarp
gözünü bu ocağa, eylə bol işığını,

Təşnə könlümü ovundur, ildırım ol, çax oxu.


Adəməm
, torpaqdanam, Rəbbim gözəl yapmış məni,

Bir yağışdan min könül cücərdərəm bil, yağ oxu.


Bir
xəta olmaz desəm ki, ürfanımda yox xəta,

Min-min ildir can yağımla hey yanır çıraq, oxu.


Səndən
ötrü yazdı Tanrı ayəti-Nərimanı,

Borc verim bəsirətimdən gözlük eylə, tax oxu.


lll


Məni
Tanrım seçər oldun, soyuma sərf edərsənmi,

Salıb könlümə əshabı içimi kəhf edərsənmi.


Ay
-ulduq göy yaraşığı, mənə verdin o işığı,

Göndərdiyin bu aşiqi Qurana rəf edərsənmi.


Yanır
ocağım istimə, səpir iblis su üstümə,

Nəzər qıl qalxan tüstümə, dumanı dəf edərsənmi.


Alıb
ilham gözəllərdən, şərik qoşdum Sənə qəsdən,

Rəhim bilir Səni bəndən, suçumu əfv edərsənmi.


Gələr
oldum Sənə sarı, önümdən qaldır hasarı,

Səni deyib qoşanları mənə tərəf edərsənmi.


Tut
üzümü bu mehraba, məni həkk eylə Kitaba

Oxuyan kəs Səni tapa, imana nəf edərsənmi.


Qəbul
buyur Nərimanı, ürəyim Kəbədir, qanım

Təvaf edir, Sən bu anı Yazında hərf edərsənmi.

 





07.07.2014    çap et  çap et