525.Az

"Formosat-5" peyki zəlzələ bölgəsində müşahidələr aparıb


 

"Formosat-5" peyki zəlzələ bölgəsində müşahidələr aparıb<b style="color:red"></b>

Tayvanın yerdən müşahidə peyki "Formosat-5" tərəfindən çəkilmiş fotoşəkillərlə "Sentinel Asia" sistemi vasitəsilə fəlakət tədqiqatları üçün məlumatlar əldə edilir. 

525.az xəbər verir ki, Tayvan Kosmos Agentliyi TASA iki gündən bir dünya ətrafında dövr edən peykin 7, 9 və 11 fevral tarixlərində Türkiyə üzərindən keçərkən zəlzələ bölgəsinə fokuslanaraq ətraflı müşahidələr apardığını açıqlayıb.

Tayvanlı mütəxəssislər peykin fevralın 9-da çəkdiyi fəlakət bölgəsinin fotoşəkilləri ilə Avropa Kosmik Agentliyinin ESA-nın "Sentinel-2" peyki tərəfindən yanvarın 25-də eyni bölgədə çəkilmiş fotoşəkilləri müqayisə edərək, yerin çartlaqlarını və dağılmış binaları müqayisə ediblər.

Qeyd edək ki, Kahramanmaraşdakı təxminən 187 hektarlıq bir ərazinin fotoşəkilləri çəkilib və potensial fəlakət sahələri müəyyən edilib.

Havar Şəfiyeva

 





14.02.2023    çap et  çap et