525.Az

Polşa Prezidenti ukraynalı əsgərlərin təlimində iştirak edib


 

Polşa Prezidenti ukraynalı əsgərlərin təlimində iştirak edib<b style="color:red"></b>

Polşa Prezidenti Anjey Duda Ukrayna tankçılarının təlimlərə başladığını bildirərək: "Qonşularımız bizi rus hücumundan qoruyur. Ona görə də biz onlara müasir avadanlıqlar verərək, onlardan istifadə üsullarını öyrədərək kömək edirik", - deyib. 

525.az xəbər verir ki, Duda və Polşanın müdafiə naziri Mariuş Blaşçak Ukrayna hərbçilərinə Almaniya istehsalı olan “Leopard 2” tanklarından istifadə etməyi öyrədən polşalı əsgərlərlə görüşüb. 

Ukraynanın əhəmiyyətli bir müttəfiq olduğunu vurğulayan Duda: "Müttəfiq fəaliyyətlərimizi hərbi və humanitar yardımlarla və təlimlər təşkil edərək həyata keçiririk", - deyib. Ukrayna ordusuna tankların verilməsinin Kiyevin müstəqilliyi üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayan Duda: "Ukraynalı tank ekipajlarının təliminə başlayırıq. Qonşularımız bizi rus hücumundan qoruyur. Ona görə də onları müasir avadanlıqlarla təmin edərək və onlardan istifadə qaydalarını öyrədərək dəstəyimizi bildiririk”, - bildirib.

“Leopard” tanklarının ehtiyat hissələri önəmlidir və Almaniya bu məsələdə kömək edə bilər", -Polşanın müdafiə naziri Blaşçak söyləyib. Polşa ordusunun müasir texnika ilə təchiz edildiyini qeyd edən Blaşçak: "Ukraynanın müstəqilliyinə əhəmiyyət veririk, onu dəstəkləyirik və eyni zamanda öz ordumuzu gücləndiririk", - deyib. 

Ukrayna əsgərlərinin Polşada "Leopard" tanklarında təlim keçəcəyini ifadə edən Blaşçak təlimçilər arasında kanadalıların da olduğunu əlavə edib.

Malik Atilay

 





14.02.2023    çap et  çap et