525.Az

Şadlıq sarayından 6 min manat oğurladılar


 

Şadlıq sarayından 6 min manat oğurladılar<b style="color:red"></b> Binəqədidə yerləşən şadlıq saraylarının birinin inzibatçısı, Bakı şəhər sakini Nurlan Məmmədovun otağından, seyfi sındırmaqla 6 min manat oğurlanıb.

Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulmuş, onlardan oğurladıqları pulun 1500 manatı maddi sübut kimi götürülüb.
 





08.07.2014    çap et  çap et