525.Az

Metroda qatarlar niyə gecikir?


 

Metroda qatarlar niyə gecikir?<b style="color:red"></b> Son günlər Bakı Metropolitenində qatarların hərəkətində gecikmələr olur.

Lent.az-ın  məlumatına görə, xüsusən  “Həzi Aslanov” stansiyasından “Dərnəgül” istiqamətinə hərəkət edən qatarlar daha çox gecikir. Bu istiqamətdə bəzən qatarlar arasında interval 7 dəqiqədən də çox olur. Nəticədə stansiyalarda sıxlıq əmələ gəlir.
 
Dünən saat 20 radələrində isə əməkdaşlarımızdan biri,  “İnşaatçılar” stansiyasında “Dərnəgül” istiqamətində hərəkət edən qatarın 15 dəqiqə gecikdiyinin şahidi olub.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin dediyinə görə, dünən saat 19:35-də 21 saylı marşrut üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yaranıb. Bununla əlaqədar olaraq sərnişinlər Nərimanovda boşaldılıb və qatar depoya göndərilib. Bu da bir qatarın xətdən çıxarılması deməkdir”.
 
N. Paşayev onu da bildirib ki, əslində interval 3 dəqiqədir. “Ancaq nəzərə alaq ki, qatarlardan biri “Həzi Aslanov”dan  “İçərişəhər”ə, digəri isə “Dərnəgül” istiqamətinə hərəkət edir. Buna görə də bu zaman məsələn, “İnşaatçılar” metrostansiyasında qatarlar arasında interval 6 dəqiqə görünür”.
 





08.07.2014    çap et  çap et