525.Az

Azərbaycanda ilk: Beyin damarının trombu çıxarıldı


 

Azərbaycanda ilk: Beyin damarının trombu çıxarıldı<b style="color:red"></b> zərbaycanda ilk dəfə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik klinikasının Ürək Damar Mərkəzində beyin damarının trombu çıxarılıb.

Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.
 
36 yaşlı qadında beynin sağ tərəfində ciddi insult aşkar ediblər. Məlum olub ki, sağ daxili yuxu arteriyası 100 faiz tromblaşıb.
 
ATU-nun həkimləri tərəfindən ilk dəfə olaraq beyin damarlarında trombun çıxarılması (Trombektomiya) əməliyyatı uğurla həyata keçirilib. Saat yarım davam edən əməliyyat kardioloq-artitmoloq, dosent Fərid Əliyev və invaziv-radioloq Ağakişi Yəhyayev tərəfindən icra olunub. Xəstə artıq reanimasiya şöbəsindən çıxarılıb.
 
ATU-nun dosenti Fərid Əliyevin Lent.az-a verdiyi məlumata görə, hazırda xəstənin vəziyyətinin stabildir. Onun sözlərinə görə, belə xəstəliklər zamanı ölüm ehtimalı çox yüksəkdir: “Çünki beyin yarımkürəsi tam insult idi.  Amma biz insultun, ətrafdakı toxumaların ölümünün qarşısını ala bilmişik. Cavan xəstələr insultu daha pis keçirir. Çünki gənc insanlarda qan dövranı ani ortaya çıxan tıxanmaya cavab verə bilmir. Lakin xəstənin vəziyyətində hazırda pisləşmə yoxdur. Artıq sol ayaqda güc tonusu bərpa olmağa başlayır. Xəstənin vəziyyəti tam sabitləşəndən sonra insultun ortaya çıxaran səbəblər araşdırılacaq”.
 





08.07.2014    çap et  çap et