525.Az

Salam Qədirzadənin 100 illik yubileyi münasibətilə hazırlanan vəsait təqdim olunub


 

Salam Qədirzadənin 100 illik yubileyi münasibətilə hazırlanan vəsait təqdim olunub<b style="color:red"></b>

 F.Köçərli adına Respublika Uşaq Kitabxanasının  Elmi-metodika şöbəsi tərəfindən
Salam Qədirzadənin 100 illik yubileyi münasibətilə hazırlanan “Unudulmaz əsərlər müəllifi-Salam Qədirzadə” -adlı metodik vəsait virtual rejimdə  istifadəçilər üçün təqdim edilib.

525.az xəbər verir ki, “Unudulmaz əsərlər müəllifi-Salam Qədirzadə”- Metodik vəsaitinI hissəsindəyazıçı Salam Qədirzadənin ədəbiyyatımıza olan  misilsiz xidmətlərindən, onun dolu-dolu yaradıcı həyatından bəhs edilir. II hissədə isə metodik köməklik məqsədilə Salam Qədirzadənin  yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı təqdim edilib.

Təqdim edilən vəsait  kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının  fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir. 
 

 





14.02.2023    çap et  çap et