525.Az

“Ömrünü xalqına, inandığı həqiqətə sərf edən Azərbaycan qadını”- adlı vəsait təqdim edilib


 

 “Ömrünü xalqına, inandığı həqiqətə sərf edən Azərbaycan qadını”- adlı vəsait təqdim edilib<b style="color:red"></b>

 F.Köçərli adına Respublika Uşaq Kitabxanasının  Elmi-metodika şöbəsi tərəfindən Həmidə xanım Cavanşirin  150 illik yubileyi münasibətilə hazırlanan “Ömrünü xalqına, inandığı həqiqətə sərf edən Azərbaycan qadını” - adlı metodik vəsait virtual rejimdə istifadəçilər üçün təqdim edilib.   

525.az xəbər verir ki,“Ömrünü xalqına, inandığı həqiqətə sərf edən Azərbaycan qadını”- adlı metodik vəsaitin əvvəlində görkəmli şəxslərin Həmidə xanım haqqında söylədiyi fikirləri  yer alıb. Metodik vəsaitin I hissəsi  Həmidə xanımın misilsiz xidmətlərindən,  onun mübarizə dolu  həyatından bəhs edir.  II hissədə isə metodik köməklik məqsədilə H. Cavanşirin yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı təqdim edilib.            

Təqdim edilən vəsait  kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının  fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir. 
 

 





14.02.2023    çap et  çap et