525.Az

Ənvər Məmmədxanlının 110 illik yubileyi münasibətilə hazırlanan vəsait təqdim edilib


 

Ənvər Məmmədxanlının 110 illik yubileyi münasibətilə hazırlanan vəsait  təqdim edilib<b style="color:red"></b>


F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən Ənvər Məmmədxanlının 110 illik yubileyi münasibətilə hazırlanan “Şəxsiyyətinin ucalığında dayanan sənətkar ” - adlı metodik vəsait virtual rejimdə istifadəçilər üçün təqdim edilib.                   

525.az xəbər verir ki, “Şəxsiyyətinin ucalığında dayanan sənətkar ” - adlı metodik vəsaitin  I hissəsində Xalq yazıçısının “Ayrıldılar”, “Buz heykəl”, “Ananın ölümü”, “Cənub hekayələri”, “Karvan dayandı”, “Qızıl qönçələr”, “Baş xiyabanda”, “Bakı gecələri”, “Odunçu oğlu”, “Leyli və Məcnun”, “Xürrəmilərin ağ şahini” və s. əsərləri haqqında oxuculara ətraflı məlumat verilib. II hissədə isə metodik köməklik məqsədilə Ə.Məmmədxanlının yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı təqdim edilib.

 Təqdim edilən vəsait  kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının  fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.
 

 





14.02.2023    çap et  çap et