Hollandiya millisinin futbolçusu Bruno Martins İndi DÇ-2014-ün yarımfinalında Argentina ilə oyun öncəsi açıqlama verib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Argentina məğlub edə biləcəklərini deyib:
"Argentinanın Belçika ilə oynadığı matçı izləmişəm. Belçika Argentina ilə oyunda çoxsaylı qol imkanları yaratmışdı. Düzdür, rəqib yaxşı futbolçulardan ibarət komandadır. Ancaq hər komandanın güclü və zəif tərəfləri var. Onları məğlub edə bilərik. Rəqib futbolçu Messiyə isə topun çatmasına imkan verməməliyik".
çap et