525.Az

Mingəçevirdə ana və iki oğlu bıçaqlanıb


 

Mingəçevirdə ana və iki oğlu bıçaqlanıb<b style="color:red"></b>

Mingəçevirdə 4 nəfər bıçaqlanıb.

Mingəçevir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Oğuz sakini, 1989-cu il təvəllüdlü Zaur Rəsulov qısqanclıq zəminində həmyerliləri - 25 yaşlı Elnur Əzimova, 24 yaşlı Fərid Hasilova, onun qardaşı, 1991-ci il təvəllüdlü Cavid Hasilova və qardaşların anası, 47 yaşlı Amaliyaya bıçaq xəsarətləri yetirib.
 
Bıçaqlanan 4 nəfər ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır. 

 





08.07.2014    çap et  çap et