525.Az

Rusiya qrupları zəlzələ bölgələrində işlərini yekunlaşdırıb


 

Rusiya qrupları zəlzələ bölgələrində işlərini yekunlaşdırıb<b style="color:red"></b>

Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş bölgələrdə Rusiya axtarış-xilasetmə qruplarının işlərini yekunlaşdırdığını açıqlayıb.

525.az xəbər verir ki, Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov zəlzələ bölgəsində axtarış-xilasetmə qrupları ilə onlayn görüşdə, Rusiyanın Türkiyə və Suriyada zəlzələdən zərər çəkən insanlara yardıma gələn ilk ölkələrdən biri olduğunu bildirib. Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya komandalarının ən qısa zamanda zəlzələ bölgəsinə göndərildiyini qeyd edən Kurenkov,  komandaların zəlzələ günü - fevralın 6-dan ən çətin bölgələrdə axtarış-xilasetmə işlərinə başladığını vurğulayıb. Aralarında psixoloqlar və xüsusi təlim keçmiş itlərin də olduğu 200 nəfərlik bir qrupun Türkiyə və Suriyada çalışdığını deyən Kurenkov, araşdırmalarla bağlı daim Putinə hesabat verdiyini deyib.

Məhəmməd Tağıyev

 





14.02.2023    çap et  çap et