525.Az

"Ford"dan 3,5 milyard dollarlıq investisiya


 

"Ford"dan 3,5 milyard dollarlıq investisiya<b style="color:red"></b>

ABŞ-nin böyük avtomobil istehsalçılarından biri olan "Ford" Çində yerləşən "Contemporary Amperex Technology" (CATL) texnologiyasından istifadə edərək Miçiqan ştatında akkumulyator fabriki qurmaq üçün 3,5 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

525.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, "Ford" dünyanın ən böyük akkumulyator istehsalçılarından biri olan Çin mərkəzli CATL ilə yeni razılaşma əldə edib. Razılaşmanın bir hissəsi olaraq "Ford" Avropa və Asiyada 13 zavodu olan CATL-in bilik və bizneslərindən istifadə edərək elektrik enerjisi istehsal edəcək.

"Ford"un akkumulyator fabriki qurmaq üçün 3,5 milyard dollar sərmayə qoyacağı bildirilən açıqlamada LFP batareyalarının istehsalına 2026-cı ildə başlanmasının planlandığı və ilk mərhələdə 2500 adamın işlə təmin olunacağı paylaşılıb.

Məhəmməd Tağıyev

 





14.02.2023    çap et  çap et