525.Az

Stoltenberq: “İsveç və Finlandiya NATO-ya ayrı-ayrılıqda da üzv ola bilərlər”


 

Stoltenberq: “İsveç və Finlandiya NATO-ya ayrı-ayrılıqda da üzv ola bilərlər”<b style="color:red"></b>

Finlandiya və İsveç NATO-ya ayrı-ayrı vaxtlarda da daxil ola bilərlər.

525.az” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasından əvvəl bildirib.

“Həm Finlandiya, həm də İsveç artıq NATO-ya daha yaxındırlar və daha çox inteqrasiya olunublar. Ona görə də əsas məsələ onların alyansa birlikdə qoşulub-qoşulmayacağı deyil. Əsas məsələ onların hər ikisinin mümkün qədər tez tamhüquqlu üzv kimi təsdiq olunmasıdır”, - baş katib deyib.

 





15.02.2023    çap et  çap et