525.Az

36 filmdə Stalini canlandıran Bakı ermənisi öldü


 

36 filmdə Stalini canlandıran Bakı ermənisi öldü<b style="color:red"></b>

Sovet və Rusiya kinematoqrafiyasında 36 dəfə Stalin obrazını canlandıran Georgi Saakyan 88 yaşında dünyasını dəyişib.

Modern.az rus mətbuatına istinadən xəbər verir ki, 1926-cı il martın 27-də Bakıda anadan olmuş Saakyan eyni obrazın ifaçısı kimi “Rusiya Rekordlar Kitabi”na düşüb. İlk dəfə 1980-ci ildə SSRİ-Fransa ortaq filmi olan “Tehran-43”də məşhur diktatoru canlandıran Saakyan hər yeni filmində bu obraza qayıdış edib. Sonuncu dəfə o, 2006-cı ildə “Stolıpin…yarımçıq qalan dərslər” serialında İosif Stalin obrazını canlandırıb.

Xatırladaq ki, Georgi Saakyan 1990-cı ilin yanvarına qədər Bakıda yaşayıb.

 





08.07.2014    çap et  çap et