525.Az

Con Heffern: “Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması nizamlanmanın 6 elementindən biridir”


 

Con Heffern: “Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması nizamlanmanın 6 elementindən biridir”<b style="color:red"></b> ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasının münaqişənin həlli ilə bağlı 6 elementdən biri olduğunu bəyan edib.

APA-nın xəbərinə görə, C. Heffern bunu “News.am” saytına açıqlamasında deyib.
 
Səfir bildirib ki, bu rayonların ilk növbədə qaytarılmasından söhbət getmir: “Bu, münaqişəni yekun həlli çərçivəsində nəzərdə tutulur. Razılaşdırılmış 6 elementə əsasən Dağlıq Qarabağın yekun statusu öz iradəsini azad ifadə etmə vasitəsilə müəyyənləşəcək. Sonra Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılacaq. Mənim sözlərimdə yeni heç nə yoxdur”.
 
Həmin ərazilərin geri qaytarılmasının müqabilində erməni tərəfinə təhlükəsizlik təminatı verilməsini vacibliyi barədə sualı cavablandıran diplomat bildirib ki, 6 elementə beynəlxalq sülhməramlı qüvvələr də daxildir: “Hansı təşkilatların və ya ölkələrin qüvvələrinin sülhməramlı missiyaya cəlb olunacağı tərəflər arasındakı danışıqların predmetidir. Əlbəttə, erməni tərəfinin əraziləri qaytarmasından əvvəl müəyyən təhlükəsizlik təminatlarının və beynəlxalq sülhməramlı qüvvələrin olması  vacibdir”.
 





08.07.2014    çap et  çap et