Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin yeni xarici siyasət konsepsiyası barədə məlumat verib.
525.az xəbər verir ki, o, yeni konsepsiyanın Rusiyanın xarici siyasət kursunun əsasını təşkil edəcəyini bildirib.
“Burada Qərbin beynəlxalq siyasətin çərçivəsinin hüdudlarının müəyyən edilməsində monopolist mövqeyinin başa çatması ifadə edilib. Eqoist maraqlar yox, ədalətli universal maraqlar prioritet təşkil etməlidir. Bunu suveren bərabərlik prinsipi ilə BMT Nizamnaməsi də tələb edir", - deyə nazir söyləyib.
"Bundan sonra Qərbin monopoliyasına imkan verilməyəcək", - XİN başçısı əlavə edib.
Havar Şəfiyeva
çap et