Fevralın 13-də Azərbaycan Universitetində tərcümə ixtisası üzrə təhsil alan IV kurs tələbələri Universitetin Tərcümə və Filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Yazıçılar Birliyində (AYB) “Ulduz” jurnalının redaksiyasında olublar.
Tələbələr AYB-nin sədri, Xalq yazıçısı Anarla görüşüblər. Anar tələbələrin ədəbiyyata, bədii tərcüməyə marağını yüksək qiymətləndirərək onlara öz kitablarını və AYB-nin nəşrlərini hədiyyə edib.
S.Məmmədova bildirib ki, tələbələr fevralın 16-dan etibarən “Ulduz” jurnalında istehsalat təcrübəsinə başlayacaqlar. Üç ay ərzində onların “Ulduz” jurnalının tərcümə işlərində iştirakı, həmçinin, öz tərcümə nümunələrinin jurnalda çapı nəzərdə tutulub.
Jurnalın baş redaktoru Qulu Ağsəs tələbələrin məhz “Ulduz”u seçməsindən məmnunluğunu ifadə edib və onların fevralın 16-da AYB-nin sədr müavini Rəşad Məcidlə görüşünün nəzərdə tutulduğunu bildirib.


ŞAHANƏ
çap et