525.Az

Bakı prospektlərindən birində təmir işləri başa çatıb


 

Bakı prospektlərindən birində təmir işləri başa çatıb<b style="color:red"></b> Bakı şəhəri Xətai rayonunun Xocalı prospektində təmir işləri başa çatıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumi uzunluğu 1100 m-dən artıq olan prospekt əsaslı şəkildə yenidən qurulub.

Prospekt boyu kommunikasiya xətləri dəyişdirilib, qranit səki daşları düzülüb, asfalt-beton örtük, yağış barmaqlıqları, kommunikasiya quyularının dəmir-beton piltələri və baxış qapaqları yenisi ilə əvəz edilib.
 





08.07.2014    çap et  çap et