İranın cənub-şərqində yerləşən Kirman vilayətində güclü partlayış səsi eşidilib.
525.az xəbər verir ki, İran Tələbələri Xəbər Agentliyinin (İSNA) məlumatına görə, yerli vaxtla saat 12:00 radələrində Kirman şəhərində çox güclü partlayış səsi eşidilib.
Kirman əyalətinin valisi müavini Rəhman Cəlali bildirib ki, şəhərdəki bəzi binaları silkələyən səsin mənbəyi hələ dəqiq deyil. Ölkə mətbuatına açıqlama verən Kirman valisi Muhammed Mehdi Fədakar, şəhərdə eşidilən partlayışın hərbi obyektdə vaxtı keçmiş sursatların nəzarətli şəkildə məhv edilməsi nəticəsində baş verdiyini bildirib.
Kirman valisi bildirib ki, sursatların məhv edilməsi Kirman vilayətindən təxminən 15 kilometr aralıda yerləşən Bağin rayonundakı hərbi obyektdə həyata keçirilib.
Malik Atilay
çap et